Abel mükafatı— bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır.
| Abel mükafatı | |
|---|---|
| Abel Prize | |
| Ölkə | Norveç |
| Tip | elmi mükafat[d] |
| Kimə verilir | Riyaziyyat sahəsində məşhur elmi işlərinə görə |
| Təltif edir | Norveç dövləti |
| Statistika | |
| Təsis tarixi | 2003 |
| İlk təltif |
|
| abelprize.no | |
Mükafat 2001-ci ildə Norveç dövləti tərəfindən məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə adlandırılıb. Abel mükafatı tez-tez riyaziyyatçıların "Nobel mükafatı" kimi təsvir olunur. Mükafatı qazananlara 6 milyon Norveç kronu (təxminən 1 milyon ABŞ dolları) məbləğində pul mükafatı da verilir.
Mükafat rəhbərliyi həmçinin Norveç Riyaziyyat Cəmiyyəti tərəfindən idarə olunan Abel simpoziumunu yaradıb. Mükafatın təqdimetmə mərasimi 1947 və 1989-ci illər arasında Nobel sülh mükafatının təqdim olunduğu Norveçin Oslo Universitetinin Hüquq Fakültəsinin Atriumunda keçirilir.
Abel mükafatının yaradılması Alfred Nobelin illik mükafatlandırma üzrə planlarına riyazıyyatın daxil olmamasını öyrəndikdən sonra 1899-cu ildə Sofus Li tərəfindən ilk dəfə olaraq təklif olunub. Linin ölümü mükafatın yaradılmasında fasilənin yaranması ilə nəticələnib. 1902-ci ildə mükafatı yaratmaq üçün II Oskar cəhd etsə də, üç il sonra İsveç-Norveç arasında ittifaqın parçalanmasınadək olan əngəllərə görə uğursuz olub.
Laureatlar
| İl | Laureat(lar) | Vətəndaşlıq | Universitet | Əsas rolu | İst. |
|---|---|---|---|---|---|
| 2003 | Jan-Pyer Serr | Kollec de Frans | "riyaziyyatın bir çox hissələrinin o cümlədən topologiya, cəbri həndəsə, ədədlər nəzəriyyəsinin müasir formasının formalaşmasında əsas rolu oynadığına görə" | ||
| 2004 | Maykl Fresis; İsador Zinger | Edinburq Universiteti; Massaçusets Texnologiya İnstitutu | "Nəzəri fizika və riyaziyyat arasında yeni körpü yaratmaqda olan rola və topologiya, həndəsə və riyazi analiz arasında birlikdə yaradılan Ati-Singer teoreminin kəşfi və sübutuna görə" | ||
| 2005 | Piter Laks | Fizika-riyaziyyat elmləri institutu kurantı | "diferensial tənliklər nəzəriyyəsi tətbiqi və onların həlli yolları hesablanması nəzəriyyəsinə xidmətlərinə görə" | ||
| 2006 | Lennart Karleson | Kral Texnologiya İnstitutu | "dinamik sistemlər nəzəriyyəsi və harmonik analiz üçün dərin və səmərəli xidmətlərinə görə " | ||
| 2007 | Srinivasa Varadhan | Fizika-riyaziyyat elmləri institutu kurantı | "xüsusilə böyük yayınma nəzəriyyəsinin yaradılması üçün və ehtimal nəzəriyyəsinə əsas töhfələrinə görə" | ||
| 2008 | Con Griggs Tompson; Jak Tits | Florida Universiteti; Kollec de Frans | "Xüsusilə müasir qrup nəzəriyyəsinin formalaşdırılmasında və cəbrdə öz dərin xidmətlərinə görə" | ||
| 2009 | Mixail Leonidoviç Gromov | Ali elmi tədqiqatlar institutu Fizika-riyaziyyat elmləri institutu kurantı | "həndəsəyə inqilabi töhfələrinə görə" | ||
| 2010 | Con Torrens Teyt | Ostin Texas Universiteti | "Ədədlər nəzəriyyəsində böyük və uzunmüddətli təsirinə görə" | ||
| 2011 | Con Milnor | Stoni-Bruk Univeristeti | "Topologiya, həndəsə və cəbrdəki ilk kəşfləri üçün" | ||
| 2012 | Endre Semeredi | Riyaziyyat üzrə Alfred Reni Universiteti and Rutgers Universiteti | "Additiv ədədlər nəzəriyyəsi və erqodik nəzəriyyəsinə töhfələrinin əsaslı və uzunmüddətli tanınması və diskret riyaziyyat və nəzəri kompüter elminə fundamental töhfələrinə görə" | ||
| 2013 | Pier Delin | Perspektiv tədqiqatlar institutu | "təsvir nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və onlarla əlaqədar sahələrdə transformasiya təsiri və cəbri həndəsə üzrə səmərəli xidmətlərinə görə" | ||
| 2014 | Yakov Sinay | Nəzəri Fizika üzrə Landau İnstitutu and Prinston Universiteti | "dinamik sistemlər, erqodik nəzəriyyə və riyazi fizika üzrə fundamental töhfələrə görə" | ||
| 2015 | Con Neş ; Luis Nirenberq | Prinston Universiteti Fizika-riyaziyyat elmləri institutu kurantı | "qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinə parlaq səmərəli xidmətlərinə və onun həndəsi təhlilinə tətbiqlərinə görə " |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abel mükafatı haqqında məlumat. Abel mükafatı nədir? Abel mükafatı nə deməkdir?