Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dərisitikanlılar (lat. Echinodermata) — heyvanlar aləminə aid heyvan tipi. 7000-ə qədər növü məlumdur.

Dərisitikanlılar

  • Ana Səhifə
  • Vikipediya
  • Dərisitikanlılar

Dərisitikanlılar (lat. Echinodermata) — heyvanlar aləminə aid heyvan tipi. 7000-ə qədər növü məlumdur.

Dərisitikanlılar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Klad:
Ambulacraria
Tip:
Dərisitikanlılar
Beynəlxalq elmi adı
  • Echinodermata Brug., 1791[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  156857
NCBI  7586
EOL  1926
FW  

Dərisitikanlılar dənizlərin dibində yaşayan və bədənləri beşşüalı simmetriyalı quruluşa malik olan heyvanlardır. Yetkin formaları şüalı, sürfələri isə ikiyan simmetriyaya malikdir. Bu, onu göstərir ki, onların əcdadı ikitərəfli simmetriyalı heyvanlar olmuşdur. ikinci bədən boşluğu (selom) yaxşı inkişaf etmişdir. Əsasən hərəkət funksiyası daşıyan su-damar və ya ambulakral sistemə malikdir. Bu sistem həmçinin tənəffüs, qismən ifrazat və başqa funksiyalar da yerinə yetirir. Daxili orqanlar bədən boşluğunda yerləşir.

Dərisitikanlılar tipi 5 sinfə bölünür: dəniz ulduzları, dəniz lalələri, ofiurlar, dəniz kirpiləri və holoturilər. Xəzər dənizində və Azərbaycanın digər sularında yaşamır. Dərisitikanlılar sırf dəniz heyvanlarıdır. Bu tipə aid olan heyvanlar bədən formasının quruluşuna və müxtəlifliyinə görə lap qədim vaxtlardan diqqəti cəlb etmişdir. Bu heyvanlara dərisitikanlıların adının verilməsi və öyrənilmə tarixi qədim yunanlarla bağlıdır. Bir çox zooloqlar onları qurdlara, bir qismi isə bağırsaqboşluqlulara aid edirdilər. 1847 –ci ildə Frey və Leykart dərisitikanlıların şüalı heyvanlardan, xüsusilə bağırsaqboşluqlulardan fərqini izah edərək, müstəqil bir tipə ayırdılar. Dərisitikanlılar ikinciağızlı heyvanlardır. Bu xüsusiyyətinə görə onlar əvvəl təsvir olunan ilkağızlılardan fərqlənir və xordalılara yaxınlaşırlar. Onlar heyvanat aləmi içərisində yüksək quruluşlu formalar hesab olunur. Bununla belə dərisitikanlılar yetkin mərhələdə şüalı simmetriyaya malikdir. Lakin şüalı simmetriyaya malik olan sadə quruluşlu heyvanlarda şüalı simmetriya ilkin olduğu halda, dərisitikanlılarda bu xüsusiyyət sonradan qazanılmışdır. Dərisitikanlıların dəri örtüyü iki qatdan: ektodermal mənşəldən epidermis və onun altında yerləşən mezodermal mənşəli kutis qatından ibarətdir. Dərisitikanlılar üçün səciyyəvi xüsusiyyətlərdən biri onlardan əhəngli lövhələrdən ibarət bütöv zireh əmələ gətirir. Bu örtükdə xaricə çıxa bilən çoxlu miqdarda əhəngli iynələr var. Bu xüsusiyyətlərinə görə də tipə dərisitikanlılar adı verilmişdir.

Mündəricat

Şəkillər

  • Dərisitikanlıların rəngarəngliyi
  • Plectaster decanus dəniz ulduzu
    Plectaster decanus dəniz ulduzu
  • Linckia sp. dəniz ulduzu
    Linckia sp. dəniz ulduzu
  • Strongylocentrotus franciscanus dəniz kirpisi
    Strongylocentrotus franciscanus dəniz kirpisi
  • Mellita longifissa yastı dəniz kirpisi
    Mellita longifissa yastı dəniz kirpisi
  • Ophionereis reticulata ilanquyruğu
    Ophionereis reticulata ilanquyruğu
  • Голотурия Isostichopus badionotus
    Голотурия Isostichopus badionotus
  • Ptilometra australis dəniz laləsi
    Ptilometra australis dəniz laləsi

Təsnifatı

Dərisitikanlılar tipi Echinodermata

  • Pelmatozoa yarımtipi
    • † Carpoidea sinfi
    • † Yuvarlaqlar (Cystoidea) sinfi
    • † Blastoidea sinfi
    • Dəniz lalələri (Crinoidea)
    • † Edrioasteroidea sinfi
  • Eleutherozoa yarımtipi
    • † Ophiocistia sinfi
    • Dəniz ulduzları (Asteroidea) sinfi
    • İlanquyruqlar (Ophiuroidea) sinfi
    • Dəniz kirpiləri (Echinoidea) sinfi
    • Holoturilər (Holothurioidea) sinfi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dərisitikanlılar haqqında məlumat. Dərisitikanlılar nədir? Dərisitikanlılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Sovet İttifaqı

  • Fevral 16, 2026

    Türk xalqları

  • Fevral 23, 2026

    Börtə

  • Fevral 23, 2026

    Ahirani dialekti

  • Fevral 23, 2026

    Vəhy

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst