Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdulqədir Abdullayev (17 iyul 1988, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Avropa Oyunlarının qalibi.

Abdulqədir Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Abdulqədir Abdullayev

Abdulqədir Abdullayev (17 iyul 1988, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən boksçu, 2015-ci il Avropa Oyunlarının qalibi.

Abdulqədir Abdullayev
Abdulqədir Abdullayev Rio-de-Janeyro Olimpiadasında
Abdulqədir Abdullayev Rio-de-Janeyro Olimpiadasında
Şəxsi məlumatlar
Tam adı Abdulqədir Abdullayev
Vətəndaşlığı Rusiya Rusiya →
Azərbaycan Azərbaycan
Doğum tarixi 17 iyul 1988 (37 yaş)
Doğum yeri Aquşa rayonu, Dağıstan MSSR
Boyu 188 sm. (6 ft 7 in)
Çəkisi 91 kq
İdman növü Boks
Məşqçisi Məhəmməd Arifhacıyev
Medallar
Dünya Çempionatı
Bürünc 2015 Doha91 Kq.
Avropa Oyunları
Qızıl 2015 Bakı91 Kq.
Dövlət təltifləri

"Şöhrət" ordeni — 20152015

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Abdulqədir Abdullayev 2013-cü ilin iyulunda Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını 8-ci pillədə başa vurdu. Bundan sonra Abdulqədir Abdullayev bir müddət WSB-də mübarizə apardı.

Abdulqədir Abdullayev 2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Abdulqədir Abdullayev turnirin 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Adam Hamori ilə üz-üzə gəldi. Həmin görüşdə Abdulqədir Abdullayev rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Pol Omba-Bionqolo oldu. Bu görüşdə də Abdulqədir Abdullayev rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Sadam Məhəmmədov oldu. İyunun 26-da baş tutan görüşdə Abdulqədir Abdullayev rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Gevorg Manuhyan oldu. İyunun 27-də baş tutmalı olan görüşdə rəqib zədə səbəbilə mübarizə aparmadı və Abdulqədir Abdullayev Birinci Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Abdulqədir Abdulla oğlu Abdullayev "Şöhrət" ordeni ilə təltif edildi.

Avropa Oyunlarından sonra Abdulqədir Abdullayev Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Əlcəzair nümayəndəsi Çouaib Bouloudinata qalib gələn (3:0) Abdulqədir Abdullayev 1/4 final mərhələsində Argentina təmsilçisi Yamil Peraltanı da məğlub etdi (3:0) və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə o, Kuba nümayəndəsi Erislandi Savona məğlub oldu (0:3) və Dünya Çempionatının bürünc medalına sahib oldu.

Dünya Çempionatında olimpiya lisenziyasına sahib ola bilməyən Abdulqədir Abdullayev 2016-cı ilin aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Litva nümayəndəsi Tadas Tamasaushasa (3:0), 1/4 final mərhələsində isə İrlandiya təmsilçisi Darren O'Neilla (3:0) qalib gələn Abdulqədir Abdullayev, 1/4 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Lourens Oholiyə məğlub oldu (0:3). Turnirin üçüncü pilləsi uğrunda görüşdə isə o, Ukrayna nümayəndəsi Gevorg Manuhyan üzərində qələbə qazandı (3:0) və Rio-de-Janeyro Olimpiadasına lisenziyanı təmin etdi.

XXXI Yay Olimpiya Oyunları 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutdu. Təsnifat mərhələsindən azad olan Abdulqədir Abdullayev olimpiadanın 1/8 final mərhələsində Fransa Pol-Omba Bionqolo ilə üz-üzə gəldi. Həmin görüşün üçüncü raundunda Abdulqədir Abdullayev rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Özbəkistan nümayəndəsi Rüstəm Tulaqanov oldu. Görüşün birinci raundunda Abdulqədir Abdullayev rəqibinə qalib gəlsə də, növbəti raundlarda məğlub oldu. Nəticədə görüşü məğlub başa vuran Abdulqədir Abdullayev medalın bir addımlığında mübarizəsini dayandırdı və Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.

Rio-de-Janeyro Olimpiadasından sonra Abdulqədir Abdullayev 2017-ci ilin iyununda baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində o, Şotlandiya nümayəndəsi Scott Forresta qalib gəlsə də (3:2), 1/4 final mərhələsində İngiltərə təmsilçisi Klevon Klareya məğlub oldu (KO) və Avropa Çempionatında mübarizəsini başa vurdu.

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Azərbaycan Azərbaycan
1
2015
Avropa Oyunları Azərbaycan Azərbaycan
1.
2
Dünya Çempionatı Qətər Qətər
3.
3
2016
Avropa Olimpiya Təsnifat Turniri Türkiyə Türkiyə
3.
4
Olimpiya Oyunları Braziliya Braziliya
5.
5
2017
Avropa Çempionatı Ukrayna Ukrayna
5.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdulqədir Abdullayev haqqında məlumat. Abdulqədir Abdullayev nədir? Abdulqədir Abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Klod Mone

  • Fevral 27, 2026

    Metallica

  • Fevral 27, 2026

    Cek fənəri

  • Fevral 25, 2026

    Maksim Qorki

  • Fevral 27, 2026

    İlham İsmayılov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst