İlham Mehdixan oğlu İsmayılov (15 iyul 1963, Ucar) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı.
| İlham İsmayılov | |
|---|---|
Vəzifədədir | |
| 17 dekabr 2018-ci ildən | |
| Əvvəlki | Niyazi Bayramov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 iyul 1963 (62 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili | Azərbaycan Texniki Universiteti,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
Həyatı
İsmayılov İlham 15 iyul 1963-cü ildə Ucar şəhərində anadan olub. 1986-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis ixtisası üzrə fərqlənmə diplomu ilə, 1994-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "Politoloq ali və orta təhsil müəssisələrində sosial-siyasi fənlər müəllimi" ixtisası üzrə bitirmişdir.
1998–2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuş, 2004-cü ildə "Azərbaycanda demokratiya təsisatlarının formalaşması xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək siyasi elmlər namizədi adını almışdır.
Əmək fəaliyyətinə 1980–1981-ci illərdə Ucar şəhər 2 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin 10 saylı sahəsində fəhlə kimi başlayıb. 1986–1989-cu illərdə Mingəçevir şəhərində Azərbaycan Dövlət İstilik Elektrik Stansiyasında növbə rəisi, Azad Komsomol Komitəsi katibi,1989–1992-ci illərdə Mingəçevir şəhər Komsomol Komitəsinin birinci katibi,1992–1995-ci illərdə Mingəçevir şəhər Xalq Deputatları Sovetində təşkilat şöbəsinin müdiri, 1999–2004-cü illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri, 2004–2008-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İnkişaf Şöbəsinin müdiri, 2008–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni Azərbaycan Partiyası Mingəçevir Şəhər Təşkilatı sədrinin müavinidir.
Ailəlidir, üç övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlham İsmayılov haqqında məlumat. İlham İsmayılov nədir? İlham İsmayılov nə deməkdir?