Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1994-cü ilin mayın 28-də Azərbaycanın müstəqilliyi günündə "ANS ÇM" radiostansiyası efirə çıxdı. Stansiya, Zoologiya İnstitutunun binasında kirayəyə götürülmüş

ANS ÇM

  • Ana Səhifə
  • Vikipediya
  • ANS ÇM

ANS ÇM Radiosu — Azərbaycanda ilk özəl radio kanalı.

ANS ÇM
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
Baş qərargah
  • Bakı
Yaranma tarixi 28 may 1994
Bağlanma tarixi 18 iyul 2016
Lisenziya Onlayn / internet radio / media — hüquqi tənzimləmə
Sahibi Vahid Mustafayev
Rəhbərlik Vahid Mustafayev
Seyfulla Mustafayev
Şüar Döyüş alnınıza yazılıb!
Birinci FM!
Qardaş kanallar ANS TV
Mövcud

Mündəricat

Tarixçə

1994-cü ilin mayın 28-də Azərbaycanın müstəqilliyi günündə "ANS ÇM" radiostansiyası efirə çıxdı. Stansiya, Zoologiya İnstitutunun binasında kirayəyə götürülmüş kiçik bir otaqda fəaliyyət göstərirdi. Radio stansiyaya Vahid və Seyfulla Mustafayevlərin qardaşı Çingiz Mustafayevin adı verilib. ANS ÇM Radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Milli Televiziya və Radio Şurasının 27 aprel 2007-ci il tarixli qərarı ilə "ANS" Müstəqil Yayım və Media Şirkətinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

2014-cü ilin yazından etibarən "Qafqaz Top 10"luq layihəsini yayımlayır. Bu layihədə bütün Qafqaz xalqlarının, o cümlədən azərbaycanlı, erməni, gürcü və digər millətdən olan müğənnilərin mahnıları səsləndirilir. Layihə bəzi media orqanları tərəfindən tənqid edilmişdi. "Xəbərçi" verilişinin qonağı olmuş Mirşahin Ağayev açıqlamasında "ANS ÇM Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyır, Azərbaycan Dövlət Radiosu hər gün saat 13:00-dan 14:00-a kimi erməni dilində verilişlər hazırlayır, CBC kanalı hər gün saat 16:00-dan 17:00-a kimi erməni dilində xəbərlər yayımlayır, Azərbaycanda erməni dilində sayt var (armenia.az), bu baxımdan ANS ÇM də dövlətin apardığı ideoloji siyasətə yaxındır" demişdi.

18 iyul 2016-cı ildə ANS TV ilə birlikdə fəaliyyətini dayandırmışdır.

16 fevral 2023-cü ildə fəaliyyətini internet yayımı ilə davam etdirir.

Həmçinin bax

  • ANS Şirkətlər Qrupu
  • ANS TV
  • ANS Press
  • Çingiz Mustafayev Fondu
  • Bakı Film

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ANS ÇM haqqında məlumat. ANS ÇM nədir? ANS ÇM nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kərəmpa oymağı

  • Fevral 27, 2026

    Muxax

  • Fevral 27, 2026

    Pasadena

  • Fevral 27, 2026

    Lemuriya

  • Fevral 27, 2026

    Şiz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst