Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP və ya AK Parti kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır.
Ədalət və İnkişaf Partiyası Adalet ve Kalkınma Partisi | |
|---|---|
| |
| Sədri | Rəcəb Tayyib Ərdoğan |
| Qurucu |
|
| Quruluş tarixi | 14 avqust 2001 |
| Baş qərargah | |
| İdeologiya | iqtisadi liberalizm[d], neo-Osmançılıq, sosial mühafizəkarlıq[d], milli mühafizəkarlıq[d], Ərdoğançılıq, Avropa skeptisizmi, Tradisionalizm[d][…], sağ populizm[d][…], İqtisadi millətçilik[…] |
| İdeoloji spektr | sağçılıq |
| Müttəfiqlər | Milliyətçi Hərəkat Partiyası Böyük Birlik Partiyası Hürr Dava Partiyası Demokratik Sol Partiya |
| Üzv sayı | ▲ 10.592.023 |
| Parlamentdə | 266 / 600 |
| Bələdiyyədə |
|
| Saytı | akparti.org.tr/en akparti.org.tr akparti.org.tr/ar |
Tarixi
Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı. 12 iyun 2011-ci ildəki seçimlərin qalibi 49,83% səslə ƏİP oldu. Bu dəfə isə millət vəkili sayısı 327 oldu.
Rəmzləri
Ədalət və İnkişaf Partiyasının emblemi sarı və qara rənglərdən ibarət olan lampadır.
Rəhbərlik
Sədrləri
- Rəcəb Tayyib Ərdoğan (2001–2014)
- Əhməd Davudoğlu (2014–2016)
- Binəli Yıldırım (2016–2017)
- Rəcəb Tayyib Ərdoğan (2017-günümüz)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, AK Partiya haqqında məlumat. AK Partiya nədir? AK Partiya nə deməkdir?
