Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıqsayağı — bəstəkarların aşıq musiqisi üzərində fantaziyaları. İlk aşıqsayağı fantaziya Üzeyir Hacıbəyovun 1931-ci ildə skripka, violonçel və fortepiano üçün

Aşıqsayağı

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıqsayağı

Aşıqsayağı — bəstəkarların aşıq musiqisi üzərində fantaziyaları. İlk aşıqsayağı fantaziya Üzeyir Hacıbəyovun 1931-ci ildə skripka, violonçel və fortepiano üçün yazdığı pyesdir.

Mündəricat

Üzeyir Hacıbəyovun "Aşıqsayağı"sı

"Aşıqsayağı" Azərbaycan musiqisində kamera-instrumental musiqinin ilk nümunələrindəndir. "Aşıqsayağı" həyatı harmonik vəhdətdə, nikbin ruhda görən Üzeyir Hacıbəyovun, bir növ, fəlsəfi kredosunun musiqi vasitəsilə ifadəsidir. "Aşıqsayağı"-da Üzeyir Hacıbəyovun sevimli bəstəkarı V.A.Motsartın təsiri duyulur. Bu təsir klassik sadəlik və təbiilikdə, yığcam musiqi formasında, əsərin fakturasının zərifliyində özünü göstərir. "Aşıqsayağı"-da aşıq və muğam (xüsusilə zərbi-muğam) sənətlərinə məxsus musiqi üslubu üzvi surətdə birləşmişdir. Üzeyir Hacıbəyov ilk dəfə Azərbaycan peşəkar musiqisinin iki müxtəlif sahəsini əsl yaradıcı dərinlik və novatora xas sərbəstliklə işləmişdir. Avropa və milli musiqi üslublarının üzvi əlaqəsi "Aşıqsayağı"-nın musiqi formasında başlıca cəhətdir ("Aşıqsayağı"-nı Üzeyir Hacıbəyovun yaradıcılığında sonata formasına xas musiqi möv-zularının işlənmə prinsipinə, işlənmə metodlarının tətbiqinə hazırlıq mərhələsi hesab etmək olar). Pyesdə çoxtərkibli musiqi formaları da özünü göstərir: rondovarilik, variasiyalılıq və s). "Aşıqsayağı"-nın musiqisindəki polifoniya (imitasiyalı və təzadlı) fakturasının incəliklə işlənməsinin kökü milli vokal-instrumental ansambl musiqisi ilə bağlıdır. "Aşıqsayağı" pyesi Koroğlu operasının bir sıra orijinal səhnələrinin yaranmasına zəmin olmuş, yol açmışdır..

Digər bəstəkarların "Aşıqsayağı"ları

  • Qara Qarayev - Üzeyir Hacıbəyovun "Aşıqsayağı"sını simfonik transkripsiyasını yaradıb .
  • Fikrət Əmirov - fleyta (qoboy yaxud klarnet) ilə fortepiano üçün "Aşıqsayağı"
  • Ərtoğrul Cavid - "Aşıqsayağı"
  • Aqşin Əlizadə - kamera orkestri üçün "Aşıqsayağı"
  • Əli Əlizadə - piano üçün "Aşiq havası" (1990)
  • Süleyman Ələsgərov - saz, müğənni və xalq çalğı alətlərinin orksetri üçün "Aşıqvari" süitası
  • Cahangir Cahangirov - "Aşıq Alı" kantatası
  • Rəşid Əfəndiyev - aşıq melodiyaları mövzusunda saz, fortepiano və zərb alətləri üçün "Pyeslər"
  • Rəşid Şəfəq - saz, solist və uşaq xoru üçün "Aşıq Alı baba" adlı mahnı-səhnəciklər
  • Aydın Əzimov - səs, tar və ud üçün "Ozanların səsi"
  • Cavanşir Quliyev - saz və alt üçün Sonata; saz və nəfəs alətlərinin kvarteti üçün Sonatina; fleyta, violonçel üçün "Karvan"

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşıqsayağı haqqında məlumat. Aşıqsayağı nədir? Aşıqsayağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yarkənd xanlığı

  • Fevral 27, 2026

    Qüneytrə mühafazlığı

  • Fevral 27, 2026

    Kartof

  • Fevral 27, 2026

    Məcidli məhəlləsi

  • Fevral 24, 2026

    Bazardüzü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst