Ağlağan — Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı.
| Ağlağan | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Dağ silsiləsi | Ağlağan silsiləsi |
| Yerləşməsi | |
| 40°58′35″ şm. e. 44°07′15″ ş. u.HGYO | |
| Ölkə | |
![]() Ağlağan | |
Toponimkası
Ağlağan- Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Bozabdal dağ silsiləsinin zirvələrindən birinin adıdır. Loru və Pəmbək bölgələrini ayıran dağdır. (hünd.2992m.) İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunun IV boyunda "kafirlərin" (yəni xristianların) sərhəddində dağ kimi çəkilir. Keçmişdə Qazax-Borçalı ellərinin yaylaq yeri olmuşdur. Ağ və mənası məlum olmayan Laqan sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Qızıl-Laqan, Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusunda Laqan-Xuduk, Dağıstan əyalətinin Teymurxanşura dairəsində Çakas-Laqan və başqa toponimlərdə mənası məlum olmayan "laqan" sözü vardır. 1747-ci ildə Borçalı bölgəsinin Baydar nahiyəsində bir kənd də Laxan adlanırdı. XX əsrin 30-cu illərində Ağlağan dağı fərmanla ermənicə Urasar adlandırılmışdır.
Xarici keçid
İstinad
- B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan", 2008
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağlağan haqqında məlumat. Ağlağan nədir? Ağlağan nə deməkdir?

