Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağcaqala, Tsaxqalanc — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim.

Ağcaqala (Üçkilsə)

  • Ana Səhifə
  • Vikipediya
  • Ağcaqala (Üçkilsə)

Ağcaqala, Tsaxqalanc — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim.

Ağcaqala
40°12′00″ şm. e. 44°13′39″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 885 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.283 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Ağcaqala xəritədə
Ağcaqala
Ağcaqala
İrəvan qəzası 1903-cü il. Ağcaqala

Mündəricat

Haqqında

Ağcaqala kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda Alagöz dağının cənub-qərbində yerləşirdi. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828–1830-cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 38 nəfər, 1886-cı ildə 6 nəfər, 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin qəbul etmiş qədim türk dilində "kiçik, alçaq, çox da hündür olmayan" mənasında işlənən ağ sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib "kiçik, alçaq qala yanında olan kənd" mənasında ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxqalanc qoyulmuşdur.

Toponimikası

Ağcaqala — İrəvan quberniyasının Eçmiadzin qəzasında (sonra Talin r-nunda) kənd adı. Mənbədə kəndin həm də Uruş adlandığı qeyd olunur. 1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də məskunlaşmışlar. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1946-cı ildə kənd ermənicə Bazmaberd, 1978-ci ildə Tsaxqalanq adlandırılmışdır. Yaxınlığındakı "Ağcaqala" xarabalığının adındandır. Xarabalıq isə qədim Yervandaşat şəhərinin qalıqlarıdır. XVII əsr erməni müəllifi yazır ki, qədim Yervandaşat indiki Ağcaqaladır. Ağcaqala "ağımtıl rəngli daşdan tikilmiş qala" mənasındadır. XIX əsrdə Azərbaycanda və Ermənistanda mövcud olmuş 9 Ağcaqala toponimindən biridir. Ağcaqala toponiminin adı "Ağcaqala Sürməli" formasında ilk dəfə "Kitabi-Dədə Qorqud" eposunda çəkilir . Şərqi Türkiyədə, Qars çayı üstündə yerləşən həmin Ağcaqalanı XVII əsrin əvvəllərində bir erməni müəllifi də qeyd etmişdir . Həmin Ağcaqala orta əsrlərdə Sancaqlığın mərkəzi idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağcaqala (üçkilsə) sözünün mənası, ağcaqala (üçkilsə) haqqında məlumat. ağcaqala (üçkilsə) nədir? ağcaqala (üçkilsə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Teodor Şults

  • Mart 01, 2026

    Rusiya Ermənistanı

  • Fevral 27, 2026

    İdarəetmə

  • Fevral 27, 2026

    Xan sülaləsi

  • Mart 06, 2026

    Cift

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst