Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Henrik Artstovski (pol. Henryk Arctowski; 15 iyul 1871, Varşava – 21 fevral 1958, Betesda), ilk adı Henrik Arts olmuşdur — Polşa alimi və qütb ekspedisiyaçısı.

Henrik Artstovski

  • Ana Səhifə
  • Vikipediya
  • Henrik Artstovski

Henrik Artstovski (pol. Henryk Arctowski; 15 iyul 1871, Varşava – 21 fevral 1958, Betesda), ilk adı Henrik Arts olmuşdur — Polşa alimi və qütb ekspedisiyaçısı. İlk Antarktika qışlamasında iştirak etmişdir və dünyaca məşhur meteoroloq olaraq şöhrət qazanmışdır. Bir sıra coğrafi obyektlər, Polşa Antarktika Stansiyası və ABŞ Milli Elmlər Akademiyasının medalı onun şərəfinə adlandırılıb.

Henrik Artstovski
pol. Henryk Arctowski
Doğum tarixi 15 iyul 1871(1871-07-15)
Doğum yeri
  • Varşava, Polşa çarlığı, Rusiya imperiyası
Vəfat tarixi 21 fevral 1958(1958-02-21) (86 yaşında)
Vəfat yeri Betesda (Merilend)
Dəfn yeri
  • Povonzki hərbi qəbiristanlığı[d]
Vətəndaşlığı  Polşa
 Belçika
 ABŞ
Elm sahələri meteorologiya, okeanologiya, geologiya, geofizika
İş yerləri
  • Smitsonian İnstitutu,
  • İvan Franko adına Lvov milli universiteti,
  • New York Xalq Kitabxansı
Alma-mater Lyej Universiteti
Sarbonna
Təhsili
  • Paris Elm fakültəsi[d]
Tanınır Belçika Antarktika ekspedisiyasının üzvü kimi
Mükafatları fəxri doktor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

15 iyul 1871-ci ildə Varşavada Vürttemberq kökləri olan bir ailədə anadan olmuşdur. 1888-ci ildə təhsilini Lyej Universitetində başladı, burada riyaziyyat, fizika və astronomiya üzrə təhsil alırdı, daha sonra isə Sarbonnada kimya və geologiya sahələri üzrə oxumuşdur. 1893-cü ildə təhsilini başa vurduqdan sonra Lyejə qayıdır və burada professor Şprinqə məxsus kimyəvi laboratoriyada işləməyə başlayır. 1893-cü ildə Belçika hökumətindən soyadının "Artstovski" olaraq dəyişdirilməsini istədi.

1895-ci ildə Belçika Antarktika ekspedisiyasına qatıldı, hansı ki məcburən olsa da ilk dəfə Cənub Qütb dairəsindən kənarda qışlamalı olur. Sonradan məşhurlaşan Roald Amundsen, Frederik Kuk və Emil Rakovitsa kimi tədqiqatçılar onun ekspedisiya yoldaşları olmuşdular. Artzovski elmi işlərin koordinasiyasında iştirak edirdi və bəzi fiziki müşahidələrini özü aparırdı, köməkçisi başqa bir polyak Anthoni Dobrovolski idi.

Antarktikadan qayıtdıqdan sonra Henrik Brüsseldə yaşayır və ekspedisiyanın nəticələrini Belçika Kral Rəsədxanasında (o vaxtı orada ekspedisiya komandirinin köməkçisi Jorj Lekont rəhbərlik edirdi) təhlil edir. Həm Belçikada, həm də xaricdə onun işləri nəşr olunur və o, mühazirələr keçirdi, çox keçmədən Belçika vətəndaşı da olur. Londonda amerikalı aktrisa və opera müğənnisi Arian Ceyn Eddi ilə tanış olur və 1909-cu ildə onunla evlənir. Həyat yoldaşı ilə Nyu-Yorka köçür, burada 1911-1919-cu illərdə Nyu York İctimai Kitabxanasının elmi şöbəsinə rəhbərlik edir. 1915-ci ildə Amerika vətəndaşlığını alır. Ekspedisiya dostu Frederik Kuk tərəfindən təsis edilən Tədqiqatçılar Klubuna üzv olur.

1920-ci ildə Artstovski artıq müstəqil Polşaya qayıtdı.İqnatsi Yan Paderevski ona təhsil naziri vəzifəsini təklif etsə də alim imtina etdi və Yan Kazimir adına Universitetdə geofizika və meteorologiya professoru vəzifəsini tutdu. Bu dövr fəal elmi fəaliyyəti ilə seçilir, o və köməkçiləri 140-dan çox əsər nəşr etdirmişdir. O, həmçinin Beynəlxalq Geodeziya və Geofizika Birliyinin fəaliyyətlərində iştirak edirdi. 1939-cu ildə alim həyat yoldaşı ilə IUGG konfransında iştirak etmək üçün ABŞ-yə yollandılar, həmin il İkinci Dünya müharibəsi başlayır və onlar heç vaxt vətənlərinə qayıda bilmədilər.

Amerikada Artstovski Smitsonian İnstitutunda tədqiqatçı olur və 1950-ci ildə xəstəlik səbəbindən işdən çıxmağa məcbur olsa belə ömrünün son ilinə qədər elmi fəaliyyətini dayandırmır. 21 fevral 1958-ci ildə Merilend ştatının Betesda şəhərində vəfat edir.

İrsi

İşığın atmosferdəki buz kristalları vasitəsi ilə sınaraq iki əlavə simmetrik işıq qövs ilə günəş ərtafında qalo yaradan effekt Artstovskinin şərəfinə adlandırılıb. Şpitsbergendə dağ və buzlaq onun adını daşıyır. Antarktida isə qübbə, buxta, yarımada, nunatak və pikə Artstovskinin adı verilib. Bundan əlavə, Kinq-Corc adasında yerləşən Polşa tədqiqat stansiyası və ORP Arctowski Polşa Hərbi Dəniz Qüvvələrinin tədqiqat gəmisi onun şərəfinə adlandırılıb. Həmçinin, alimin dul qalmış həyat yoldaşı tərəfindən Artstovski medalı təsis olunub və o, hər iki ildən bir "günəş və günəş-yer münasibətləri fizikasına dair araşdırmalara" görə təqdim olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Henrik Artstovski haqqında məlumat. Henrik Artstovski nədir? Henrik Artstovski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zeyvə

  • Fevral 24, 2026

    Metal

  • Mart 01, 2026

    Uqanda planı

  • Mart 01, 2026

    Emin Milli

  • Fevral 27, 2026

    Sərdarabad rayonu

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst