Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 oktyabr 1943, Naxçıvan) — Azərbaycan bəstəkarı. Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və

Ərtoğrol Cavid

  • Ana Səhifə
  • Vikipediya
  • Ərtoğrol Cavid

Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 oktyabr 1943, Naxçıvan) — Azərbaycan bəstəkarı. Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır.

Ərtoğrul Cavid
Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə
Ümumi məlumatlar
Doğum tarixi 22 oktyabr 1919(1919-10-22)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC, Azərbaycan
Vəfat tarixi 14 oktyabr 1943(1943-10-14) (23 yaşında)
Vəfat yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Naxçıvan
Vətəndaşlığı Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Atası Hüseyn Cavid
Anası Mişkinaz Cavid
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1941–1942

Mündəricat

Həyatı

Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır.

1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var.

1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi.

14 oktyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

Ailəsi

Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır.

Ərtoğul Cavidin 1943-cü ildə Naxçıvanda dəfn mərasimi

Ədəbiyyat

  • Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid. 12 cilddə, X c., Bakı: Çaşıoğlu, 2011, 304 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərtoğrol Cavid haqqında məlumat. Ərtoğrol Cavid nədir? Ərtoğrol Cavid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çinli

  • Fevral 26, 2026

    Qondvana

  • Fevral 27, 2026

    İran–İraq müharibəsi

  • Fevral 25, 2026

    Bizim era

  • Fevral 27, 2026

    Seroz qişa

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst