Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seroz qişa – lat. tunica serosa və ya xarici birləşdirici toxuma qişası – lat. tunica adventitio həzm kanalının ən xarici qişasını təşkil edir. Bu qişa əzələ qi

Seroz qişa

  • Ana Səhifə
  • Vikipediya
  • Seroz qişa

Seroz qişa – lat. tunica serosa və ya xarici birləşdirici toxuma qişası – lat. tunica adventitio həzm kanalının ən xarici qişasını təşkil edir. Bu qişa əzələ qişası ilə nazik, kövşək birləşdirici toxuma təbəqəsi – serozaltı toxuma – lat. tela subserosa vasitəsilə rabitədədir. seroz qişa həzm kanalının bəzi hissələrini məsələn: mədəni, bağırsaqları xaricdən örtmüşdür. Bu çox nazik, şəffaf, hamar və seroz maye ifraz edən bir qişadır; qarın boşluğuna baxan səthi bir qatlı yastı mezodermal epitel (mezotel) ilə örtülüdür. Bu qişanın əsasını lifli birləşdirici toxuma səfhəsi təşkil edir; bu səfhə az, ya çox miqdarda elastik liflərə malik sərt birləşdirici toxumadan təşkil olunmuşdur.

Seroz qişa
Mədənin seroz qişası (sarı).
Mədənin seroz qişası (sarı).
Latınca tunica seroso
Embrional mesoderma
MeSH Serous+membrane

Seroz qişa üzvləri örtdüyü kimi, bəzi boşluqların divarlarını əhatə edir, ona görə iki səfhəyə bölünür: 1) visseral səfhə – lat. lamina visceralis üzvləri örtən səfhə və 2) parietal səfhə – lat. lamina parietalis divarları örtən səfhə. Bunların arasında əmələ gələn boşluqda seroz maye – lat. serum olur. Bu maye daxiliüzvləri sürtünməkdən mühafizə edir. Bəzi nahiyələrdə üzvlərdə seroz qişadan büküşlər – lat. plicae serosae və bağlar – lat. liqamenta serosa əmələ gəlir.
Xarici birləşdirici toxuma qişası – lat. tunica adventitia seroz boşluqlara baxmayan üzvləri xaricdən örtür, məsəln udlağı, qida borusunu və b. Bunun vasitəsilə üzvlər bir-birinə təsbit olunur və özü də kövşək (boş), bəzən sıx birləşdirici toxumadan əmələ gəlir, tərkibində saya əzələ liflərinə təsadüf edilir. Bədəndə sonra seroz qişalara ağciyəri xaricdən və döş qəfəsi divarlarını daxildən örtən plevra – lat. pleura, ürəyi xaricdən əhatə edən ürək kisəsi – lat. pericardium və qarın üzvlərini xaricdən və qarın divarlarını daxildən örtən periton – lat. peritoneum aiddir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seroz qişa haqqında məlumat. Seroz qişa nədir? Seroz qişa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Agrostis

  • Fevral 27, 2026

    Mürtəd Yulian

  • Fevral 25, 2026

    Sabinlər

  • Fevral 27, 2026

    İbn Macə

  • Fevral 27, 2026

    Ələsgər Abdullayev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst