Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İçərişəhər metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. Əvvəlki adı Bakı Soveti (2008-ci ilə qədər) olub. Memarı İrina Lixtenberqdi

İçərişəhər metrostansiyası

  • Ana Səhifə
  • Vikipediya
  • İçərişəhər metrostansiyası
Bu məqalə İçəri Şəhər metrostansiyası haqqındadır. Digər mənalar üçün İçəri Şəhər (dəqiqləşdirmə) səhifəsinə baxın.

İçərişəhər metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. Əvvəlki adı Bakı Soveti (2008-ci ilə qədər) olub. Memarı İrina Lixtenberqdir. Stansiyaya daxil olan qatarlarda Bakı gecələri musiqisindən fraqment səslənir.

İçərişəhər

1-ci xətt
Bakı metrosu
81-765/766 “Moskva” elektrik qatarı “İçərişəhər” stansiyasına gəlir
81-765/766 “Moskva” elektrik qatarı “İçərişəhər” stansiyasına gəlir
Xəritə
40°21′57″ şm. e. 49°49′54″ ş. u.HGYO
Rayon Səbail
Açılış tarixi 6 noyabr 1967
Keçmiş adları Bakı Soveti
İnşaat tipi dərin özüllü, üç tağtavanlı, pilonlu
Platformaların sayı 1
Platformanın tipi ada
Platformanın forması düz
Platformanın uzunluğu 100 m
Memarları Y.Kozlov
H.Xanlarov
О. Qədimov
Ş.Zeynalov
Çıxdığı küçələr İstiqlaliyyət küçəsi
Nəqliyyat Bus transport 6, 10, 18, 31, 37, 65, 77, 205 nömrəli avtobuslar
İş rejimi 06:00—00:00
Metropoliten xətti Qırmızı
Qonşu stansiyalar Sahil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
[
  • b
  • m
  • r
]
Qırmızı xətt
Legend
İçərişəhər
Sahil
Cəfər Cabbarlıya
28 May
Gənclik
Nəriman Nərimanov
Bakmil
Nərimanov (Bakmil) deposu
Ulduz
Koroğlu
Qara Qarayev
Neftçilər
Xalqlar Dostluğu
Əhmədli
Həzi Aslanov

Stansiyanın tək çıxışı İstiqlaliyyət küçəsindədir.

Mündəricat

Xarakteristikası

"İçərişəhər" (keçmiş "Bakı Soveti") 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Bakı Metropoliteninin ilk stansiyalarından biridir. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul ayında başlanılıb, işə 15 milyon manat vəsait sərf edilib. Layihə müəllifəri: Şəfiqə Zeynalova, Yusif Qədimov, Yuri Nikolayeviç Kozlov və Tələt Xanlarovdur.

Stansiyanın giriş hissəsi piramida şəklindədir. Konstruksiyası metal və şəffaf şüşədən quraşdırılıb. Stansiyanın üst vestibülünün sahəsi 2500 kvadratmetr, xaricdən hündürlüyü isə İçərişəhərin qala divarlarının hündürlüyü qədər, yəni 14 metrdir. Stansiyada 3 eskalator vardır.

Aşağı vestibülün sahəsi 1200 kvadrat metrdir. Stansiyanın aşağı vestibülündə və hər iki perronun divarlarında köhnə Bakının Fransada hazırlanmış 16 mənzərəsi təsvir olunubdur. Aşağı vestibüldə İçərişəhərin Qala divarının bir fraqmenti də var.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 aprel 2007-ci il tarixli 103 saylı qərarı ilə Bakı Metropoliteninin təklifi (stansiyanın şəhərin tarixi mərkəzi olan İçərişəhərin qala divarının yanında yerləşməsi) nəzərə alınaraq, stansiyanın adı "Bakı Soveti"ndən "İçərişəhər" adına dəyişdirilib. Stansiyaya daxil olan qatarlarda Vaqif Mustafazadənin improvizə etdiyi Bakı Gecələri musiqisindən fraqment səslənir.

Təmirdən sonra

2008-ci ilin iyul ayından Nazirlər Kabinetinin qərarı ilə stansiyanın təmirinə başlanılıb. 2008-ci ilin dekabrında təmir işləri başa çatdırıldı və stansiya dekabrın 29-da istifadəyə verildi.

Metal və şüşədən ibarət stansiyanın girişi üçün piramida formasından istifadə edilmişdir. Üst vestibülün xarici hündürlüyü 14 metrdir (İçərişəhər qalasının hündürlüyü kimi). Əvvəlki eskalatorlar (LT tipli) 2009-cu ildə "Viktoriya" ilə əvəz edilmişdir.

Orta zal və hər iki platformanın divarları qədim Bakının Fransa istehsalı olan 16 şəkli ilə bəzədilib. Arxa tərəfdə İçərişəhər qala divarlarının bir parçası, üzərində "İçərişəhər" sözü yazılmışdır.

Şəkilləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İçərişəhər metrostansiyası haqqında məlumat. İçərişəhər metrostansiyası nədir? İçərişəhər metrostansiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Avropa

  • Fevral 24, 2026

    Elam dili

  • Fevral 23, 2026

    Şri-Lanka

  • Fevral 24, 2026

    Keniya

  • Fevral 15, 2026

    31 iyul

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst