Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov; 17 dekabr 1905, İkinci Şıxlı, Qazax qəzası – 2 iyul 1990 və ya 3 iyul 1990, Bakı) — Azərbaycan şairi, 1937

Osman Sarıvəlli

  • Ana Səhifə
  • Vikipediya
  • Osman Sarıvəlli

Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov; 17 dekabr 1905, İkinci Şıxlı, Qazax qəzası – 2 iyul 1990 və ya 3 iyul 1990, Bakı) — Azərbaycan şairi, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1977), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini.

Osman Sarıvəlli
Doğum adı Osman Abdulla oğlu Qurbanov
Təxəllüsləri Qəyur şairin ilk təxəllüsü,Sarıvəlli
Doğum tarixi 17 dekabr 1905
Doğum yeri İkinci Şıxlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 2 iyul 1990 (84 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Qazax rayonu
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Uşaqları Rafiq Qurbanov, Babək Qurbanov
Təhsili Moskva Dövlət Universiteti
İxtisası şair
Fəaliyyəti yazıçı, şair
Fəaliyyət illəri 1926-1990
Əsərlərinin dili azərbaycanca
Janrlar şeir, poema
İlk əsəri "Ayaqsız" şeiri (1933)
Mükafatları "Azərbaycan SSR xalq şairi" fəxri adı — 19771977
"Oktyabr inqilabı" ordeni "Xalqlar dostluğu" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı — 19461946

Mündəricat

Həyatı

Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.

1990-cı il iyulun 2-də Bakıda vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.

Yaradıcılığı

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq şairi" fəxri adı — 15 fevral 1977
  • "Oktyabr inqilabı" ordeni — 6 noyabr 1985
  • "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
  • "Xalqlar Dostluğu" ordeni — 11 noyabr 1975
  • "Şərəf nişanı" ordeni — 30 dekabr 1963
  • "Əməkdə fərqlənməyə görə" medalı — 25 fevral 1946

Kitabları

  • Dəmir sətirlərim (1934)
  • Bənövşə (1940)
  • Şairin hədiyyəsi (1943)
  • Gətir, oğlum, gətir (1943)
  • Gənclik eşqi (1946)
  • Bahar çiçəkləri (1949)
  • Yeni dünyanın qapısı (1950)
  • İqlimdən-iqlimə (1963)
  • Sabahı yaradanlar (1970)
  • Seçilmiş əsərləri (üç cilddə) (1971–1975)
  • Hər kim yüz il yaşamasa (1976)
  • Mən sabaha gedirəm (1979)
  • Kür qırağında (1987)
  • Sarıvəlli O.Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir. Bakı: Avropa, 2010, 112 s.
  • Sarıvəlli O. Qüdrətli şair, ustad sənətkar. Bakı: Avropa, 2011, 128 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Osman Sarıvəlli haqqında məlumat. Osman Sarıvəlli nədir? Osman Sarıvəlli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Stavropol diyarı

  • Fevral 24, 2026

    Kosmik fəza

  • Fevral 23, 2026

    Corc Vaşinqton

  • Fevral 17, 2026

    Frityof Nansen

  • Fevral 24, 2026

    Çaylı döyüşü

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst