Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış

Əl-Cəzirə

  • Ana Səhifə
  • Vikipediya
  • Əl-Cəzirə

Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl-Qaidə lideri Üsamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pansünni və antişiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır.

Al Jazeera
Ölkə Qətər
Yayım ərazisi Avropa və Asiya ölkələri
Dil Ərəbcə, İngiliscə, Türkcə
Baş qərargah
  • Doha
Yaranma tarixi 1996
Təsisçi
  • Həməd ibn Xəlifə Ali-Sani
Sahibi Sheikh Hamad bin Thamer al-Thani
Rəhbərlik

Şeyx əl-Thani sədr - Bin Thamer Hamad Wadah Khanfar baş direktor -

Ahmed Şeyx baş redaktoru
Sayt aljazeera.com
aljazeera.net
chinese.aljazeera.net
aljazeera.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'un, mərkəzi Səudiyyə Ərəbistanında yerləşən, ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır.

Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı. Kanal Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Livan-Suriya əlaqələri də daxil olmaqla bu ölkələrə bağlı mübahisəli fikirləri ekrana daşımışdır. Bəzi tənqidçilər Əl Cəzirənin izlənmə qayğısı səbəbiylə sensasiyalı xəbərlər yaymaqla günahlandırmış, hətta kanalın yayımladığı bəzi programlar üzündən ciddi tədbirlər alınmışdır. Məsələn 27 yanvar 1999-cu ildə "The Oppposite Direction" (Əks İstiqamət) adlı canlı yayımlanan proqramda kanal Əlcəzair hökumətini tənqid etməyi, Əlcəzair hökuməti də proqramın izlənməsinin qarşısını almaq məqsədilə paytaxtda elektrik enerjisini kəsmişdir.

Əl Cəzirənin Orta Şərqdəkı siyasi mənada müstəqil olaraq tək kanal olduğu deyilir. 2000–2001 ci-ildə Livan vətəndaş müharibəsi haqqında hazırlanan sənədli filmlər kanalın reytinqini olduqca artırmış olsa da kanal əsl sıçrayışını Əl-Qaidə liderlərinin bəyənatlarını yayımladıqdan sonra etmişdir.

Şəbəkə

  • Al Jazeera ərəb dilində yayımlanan 24 saat xəbər kanalı (1996)
  • Al Jazeera Sports (2003) 2008-10-28 at the Wayback Machine
  • Al Jazeera Sports +1 (2004)
  • Al Jazeera Sports +2 (2004)
  • Al Jazeera Sports +3 (2008)
  • Al Jazeera Sports +4 (2008)
  • Al Jazeera Sports +5 (2009)
  • Al Jazeera Sports +6 (2009)
  • Al Jazeera Sports +7 (2009)
  • Al Jazeera Sports +8 (2009)
  • Al Jazeera Sports HD (2009)
  • Al Jazeera Mubasher (2005) siyasi və ictiami kanal
  • Al Jazeera Children's Channel (2005) uşaqlar üçün kanal 2008-06-23 at the Wayback Machine
  • Al Jazeera Englisha (2006) ingilis dilində yayımlanan 24 saat xəbər kanalı
  • Al Jazeera Documentary Channelan (2007) ərəbcə yayımlanan sənədli film kanalı 2011-02-04 at the Wayback Machine
  • Al Jazeera Training (2007) ərəbcə yayımlanan tədris kanalı Training.aljazeera.net

Kanalın maliyyələşdirilməsi

Qətər əmirinin başlanğıcda etmiş olduğu 150 milyon dollarlıq maliyyə dəstəyindən sonra Əl Cəzirə 2001-ci ildən etibarən reklam alaraq özünə gəlir əldə etməyi hədəflədi, Ancaq bu cəhd müvəffəqiyyətsiz olunca, Qətər Əmiri hər il kanala maliyyə dəstəyi davam etdirməyi qəbul etdi. Kanalın müəyyən gəlir mənbələri arasında reklamlar, abunəçilərin ödənişləri, digər şirkətlərlə edilən yayım müqavilələrinin yanında satılan video görüntülər də kanala maddi dəstək oldu. Məsələn Əl Cəzirənin,Əl Qaidə lideri Usamə Bin Ladenin çıxışının bir dəqiqəsini 20.000 dollara satdığı da iddia edildilirdi.

Mükafatlar

noyabr 2005-ci ildə Əl Cəzirə Index On Censorship tərəfindən verilən "senzuraya qarşı Müqavimət Mükafatına" layiq görüldü. 2018-09-15 at the Wayback Machine

aprel 2004-cü ildə Webby Mükafatları Əl Cəzirənin, BBC, National Geographic, Rocketnews və The Smoking Gun la birlikdə ən yaxşı beş internet saytına namizəd olaraq göstərdi.

dekabr 1999-cu ildə Berlində olan Düşüncə azadlığı Fondu o ilin Ibni Rüşd Media və Jurnalistika Mükafatına Əl Cəzirəni layiq gördü.

2004-cü ildə Əl Cəzirə "brandchannel.com" saytının oxuyucuları tərəfindən Apple, Google, Ikea və Starbucks dan sonra ən nüfuzlu beşinci dünya markası seçildi.

Həmçinin bax

  • Cəzirə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Cəzirə haqqında məlumat. Əl-Cəzirə nədir? Əl-Cəzirə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Atlasov adası

  • Fevral 27, 2026

    Karvan

  • Fevral 24, 2026

    Naxçıvan MR

  • Fevral 27, 2026

    Qariqa

  • Fevral 27, 2026

    E.ə. 640

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst