Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademi
Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun, 28.07.2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru.
Azərbaycan Respublikası Biləsuvar rayonu İsmətli kəndi
Elm sahələri
kənd təsərrüfatı,
baytarlıq, zoologiya
Elmi dərəcəsi
aqrar elmlər doktoru
Elmi adı
dosent
İş yeri
AMEA Zoologiya İnstitutu (2020-2022)
ARETN Zoologiya İnstitutu (2022-)
Təhsili
Tam ali
Mükafatları
Vikianbarda əlaqəli mediafayllar
Mündəricat
Həyatı
Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonununİsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində təhsil alaraq baytar həkim ixtisasını almışdır.
Ə. Eyvazov 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994–2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb.
2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışmış, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olmuşdur. 3 iyul 2015-ci il tarixdən 11 may 2018-ci il tarixə qədər KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin tarixdən 21 iyun 2018-ci il tarixə qədər KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifəsində çalışmışdır. 05 mart 2020-ci ildən 16.11.2020-ci ilə kimi AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 16.11.2020-ci ildən 28.07.2022-ci ilədək AMEA Zoologiya İnstitutunun direktoru, 28 iyul 2022-ci ildən hal-hazıradək ETN Zoologiya İnstitutunun baş direktoru vəzifəsində çalışır.
Elmi fəaliyyəti
2001-ci ildə kənd təsərrüfatı elmləri namizədi (aqrar elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsini, 2018-ci ildə dosent elmi adını və 2025-ci ildə aqrar elmlər doktoru elmi dərəcəsini almışdır. O, İsrail dövlətində, Misir Ərəb Respublikasında, ABŞ-da, Türkiyədə, İran İslam Respublikasında , Polşada, Rusiya Federasiyasında, İtaliyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Sloveniyada keçirilən beynəlxalq konfranslarda, seminarlarda və s. tədbirlərdə iştirak etmişdir. Ə. Eyvazov respublikada kənd təsərrüfatı, baytarlıq və zoologiyanın elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində mühüm işlər görmüşdür. Azərbaycan Respublikasının 2023-cü ildə çap olunmuş "Qırmızı Kitabı"nın üçüncü nəşrinin fauna üzrə məsul redaktoru və tərtibçilərindən biridir. Azərbaycan Respublikasının 2024-cü ildə çap olunmuş "Qarabağ və Şərqi Zəngəzur Təbii Ehtiyatlar Atlası"nın redaksiya heyətinin üzvüdür.
.
Elmi əsərləri
163 elmi məqalə, informasiya bülleteni, bukletin, rəngli albomun müəllifi və 2 sortun həmmüəllifidir.
Kitabları
Kartofçuluq, Bakı-2004
Pestisidlərin bioloji preparatların və aqrokimyəvi maddələrin laboratoriya ekspertizası, tarla və istehsalat sınaqlarına dair təlimat, Bakı-2007
Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər, Bakı- 2008
Vaxtı keçmiş, istifadəsi və tətbiqi qadağan edilmiş pestisidlərin inventarlaşdırılması, identifikasiyası, toplanması və saxlanmasına dair texniki təlimat, Bakı-2008
Fitosanitar karantin nəzarətində olan materiallara və obyektlərə fitosanitar karantin baxışının keçirilməsi, laboratoriya ekspertizası üçün nümunələrin götürülməsi qaydaları və onların müayinəsinə dair təlimat, Bakı-2011
Karantin nəzarətində olan materialların zərərvericilərlə sirayətlənmə dərəcəsinin müəyyənləşdirilməsinə dair təlimat, Bakı-2014
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu-50, Bakı-2015
Tərəvəz, bostan və kartof bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı istifadə olunan pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, Bakı-2015
Tərəvəzçinin illik fəaliyyət təqvimi, Bakı-2016
Kartofun fiziologiyası, intensiv texnologiya ilə becərilməsi və proqramlaşdırılmış məhsulun alınması yolları, Bakı-2017
Badımcan bitkisinin seleksiyası, fiziologiyası və toxumçuluğu, Bakı-2018
Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər, Atlas, Bakı-2018
Heyvan adlarının (azərbaycanca-latınca-ingiliscə-rusca) lüğəti Bakı- 2023
Kartofun seleksiyası, aqrobiotexnologiyası və fizioloji-biokimyəvi xüsusiyyətləri. Monoqrafiya, Bakı-2025
Təltif və mükafatları
Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Fəxri Fərmanı — 2009
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı — 29.10.2015
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib və Akademiyanın beynəlxalq "Qızıl ulduz" medalı — 2021Qızıl ulduz medalı
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmri ilə "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalı — 08.06.2023
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin Fəxri Fərmanı — 2023
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin Təşəkkürnaməsi — 21.12.2023
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yubiley Medalı ― 26.10.2024
Bölmənin işində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı -08.04.2024
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ələddin eyvazov sözünün mənası, ələddin eyvazov haqqında məlumat. ələddin eyvazov nədir? ələddin eyvazov nə deməkdir?