Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sadıqov Fikrət Abbas oğlu (30 may 1930, Şamaxı, Şirvan dairəsi – 16 noyabr 2016, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərba

Fikrət Sadıq

  • Ana Səhifə
  • Vikipediya
  • Fikrət Sadıq

Sadıqov Fikrət Abbas oğlu (30 may 1930, Şamaxı, Şirvan dairəsi – 16 noyabr 2016, Bakı) — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990).

Fikrət Sadıq
Fikrət Abbas oğlu Sadıqov
Doğum adı Fikrət Sadıqov
Doğum tarixi 30 may 1930
Doğum yeri Şamaxı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 noyabr 2016 (86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi ağ ciyər xəstəliyi
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Orxan Fikrətoğlu
Təhsili ADU-nun Filologiya fakültəsi
Fəaliyyəti şair, publisist, tərcüməçi
Fəaliyyət illəri 1957-2016
Əsərlərinin dili azərbaycanca
İlk əsəri "Artist" və "Ana əli" şeirləri
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1986 Azərbaycan SSR Dövlət mükafatı — 19901990

Mündəricat

Həyatı

Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946–1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956–1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyil etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974–1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961–1975).

Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980).

Azərbaycan yazıçılarının VII–VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləmişdir (1975-ci ildən). 2002-ci ildən prezident təqaüdçüsü olub.

16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir.

  • Yazıçı, ssenarist Orxan Fikrətoğlunun atasıdır.

Əsərləri

Ailəsi ilə
  • Cığır. Bakı: Gənclik, 1963, 48 səh.
  • Ömrün bir günü. Bakı: Azərnəşr, 1965, 44 səh.
  • Dəniz küçəmizə gəlir. Bakı: Gənclik, 1968, 100 səh.
  • Cırtdan hara getmişdir? Bakı: Gənclik, 1970, 32 səh.
  • Sevgi yağışı, B., Gənclik, 1970, 230 səh., 9.000 nüs.
  • Bala kirpi. Bakı: Gənclik, 1972, 10 səh.
  • İşığın yaşı. Bakı: Gənclik, 1974, 200 səh.
  • Göydə nə var. Bakı: Gənclik, 1978, 80 səh.
  • Ağ cığır. Bakı: Yazıçı, 1979, 156 səh.
  • Yerdən göyə ümid. Bakı: Yazıçı, 1981, 232 səh.
  • Göydən alma düşmədi. Bakı: Gənclik, 1982, 52 səh.
  • Məndən soruşsalar. Bakı: Yazıçı, 1985, 342 səh.
  • Gəlin yuyaq dənizi. Bakı: Gənclik, 1988, 52 səh.
  • Dünya öz işindədir. Bakı: Yazıçı, 1989, 182 səh.
  • Seçilmiş əsərlər. Bakı: Gənclik, 1991, 381 səh.
  • Sirli əlifba. Bakı: Ayna mətbu evi, 1998, 32 səh.
  • Bir parça vətən. Bakı: Şirvannəşr, 1998, 20 səh.
  • Ömrün birgünü. Bakı: Şirvannəşr, 2002, 20 səh.
  • Sərhəddə səhər. Bakı: "Bilik" nəşriyyatı, 2002, 20 səh.
  • Gözlədiyim ömür. Bakı: Şirvannəşr, 2003, 264 səh.
  • Taleyin acığına. Bakı: "Qapp-Poliqraf" nəşriyyatı, 2003, 420 səh.

Tərcümələri

(rus və türk dilindən)

  • S. Marşak. Axmaq siçan balasının nağılı. Bakı: Gənclik, 1971, 15 səh.
  • Tofiq Fikrət. Şərmin. Bakı: Gənclik, 1972, 27 səh.

Filmoqrafiya

  • Cırtdanın yeni sərgüzəşti (film, 1973) (cizgi filmi)
  • Fransa qəhrəmanı (film, 1975)
  • Naxçıvan-50 (film, 1975) (sənədli film)
  • Süleyman Rüstəm (film, 1976) (sənədli film)
  • İçəri Şəhər (sənədli film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fikrət Sadıq haqqında məlumat. Fikrət Sadıq nədir? Fikrət Sadıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Meteoritlər

  • Mart 01, 2026

    Zülfəli İbrahimov

  • Fevral 27, 2026

    Krasnoselsk rayonu

  • Fevral 24, 2026

    Qazi

  • Fevral 27, 2026

    Ərkliğ xan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst