Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan dövlət xadimi, Musavat Partiyasının III başqanı.

Kərim Odər

  • Ana Səhifə
  • Vikipediya
  • Kərim Odər

Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan dövlət xadimi, Musavat Partiyasının III başqanı.

Kərim Odər
türk. Kerim Öder
Müsavat Partiyasının başqanı
9 mart 1959 – 19 noyabr 1981
ƏvvəlkiMirzə Bala Məmmədzadə
SonrakıMəhəmməd Azər Aran
Azərbaycan Kültür Dərnəyinin sədri
3 mart 1957 – 2 dekabr 1962
ƏvvəlkiHəmid Ataman
SonrakıƏhməd Yaşat
Şəxsi məlumatlar
Doğum tarixi 1901(1901)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 19 noyabr 1981(1981-11-19) (79–80 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Dəfn yeri
  • Feriköy məzarlığı
Partiya
  • Müsavat (Müsəlman Demokrat Partiyası)
Təhsili
  • Bakı Kommersiya Məktəbi,
  • Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsi[d]
Fəaliyyəti siyasətçi, müəllif, iqtisadçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Kərim İbadulla oğlu Zeynalzadə 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sumerbank Ümum Müdirliyində Bankaçılıq və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb.

Azərbaycan siyasi mühacirləri, 1930-cu illər. Ayaq üstə (soldan sağa): Mirzə Bala Məmmədzadə, Kərim Odər, Əli Azərtəkin, Hilal Münşi. Oturanlar: Abbasqulu Kazımzadə, Məhəmməd Əmin Rəsulzadə, Xosrov Sultanzadə

Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi başqanı olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb. 1976-cı ildə Azərbaycan Milli Mərkəzinin Başqanı Əbdülvahab Yurdsevərin vəfatından sonra Mərkəz Başqanlığı da Kərim Odərə tapşırılıb.

Kərim Odərin "Azərbaycan" dərgisində və digər mətbu orqanlarda çoxlu sayda məqalələri, yazıları vardır. Ən dəyərli "Azərbaycan ekonomisi" və "Azərbaycan" adlı əsərləri böyük maraq doğurur. Kərim Odər böyük zəhmətlə yazıb çapa hazırladığı "Azərbaycan" kitabının çapını görə bilmədi. Daha doğrusu Türkiyədə bu kitabın "Milli bir Kültür Politikasına qovuşulmamış olması" nəşri gecikdirirdi.

Kərim Odər 1981-ci ilin 19 noyabrında vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərim Odər haqqında məlumat. Kərim Odər nədir? Kərim Odər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsveç tarixi

  • Mart 01, 2026

    Ay çayı

  • Fevral 27, 2026

    Nərgiz Qurbanova

  • Fevral 27, 2026

    Amitoz

  • Fevral 28, 2026

    Bəhram Gur

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst