Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ədalət Cəlal oğlu Muradov (29 yanvar 1962, Güllücə, Ağdam rayonu) — Azərbaycan alimi, iqtisad elmləri doktoru (1998). Azərbaycan Dövlət İqtisad Universitetinin

Ədalət Muradov

  • Ana Səhifə
  • Vikipediya
  • Ədalət Muradov

Ədalət Cəlal oğlu Muradov (29 yanvar 1962, Güllücə, Ağdam rayonu) — Azərbaycan alimi, iqtisad elmləri doktoru (1998). Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (2014-cü ildən).

Ədalət Muradov
Şəxsi məlumatlar
Doğum tarixi 29 yanvar 1962(1962-01-29) (64 yaş)
Doğum yeri
  • Güllücə, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Kimya-biologiya təmayüllü respublika liseyi[d],
  • Taras Şevçenko adına Kiyev Milli Universiteti
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi iqtisad elmləri doktoru

Təltifləri "Şöhrət" ordeni — 20202020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı

Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir.

1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada "İqtisadiyyat və istehsalın təşkili üzrə" SSRİ-də 2-ci yerə layiq görülmüşdür.

1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş və 1993-cü ildə "Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri" ("Структурные преобразования экономики региона при переходе к рынку") mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-cü ildə "Profi – AD" LTD (Kiyev) şirkətinə rəhbərlik etmişdir.

1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə isə "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası" ("Интеграция переходной экономики в систему мирового хозяйства") mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1995–1999-cu illərdə T. Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, "Makroiqtisadiyyat", "İqtisadi Siyasət", "Beynəlxalq İqtisadiyyat", "Keçid İqtisadiyyatının Ümumi Nəzəriyyəsi" fənlərini tədris etmişdir.

1998–1999-cu illərdə "ИБ Австрия Секюритз (Украина)" İnvestisiya Bankında "Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmış, "Makroiqtisadiyyat", "İqtisadiyyatın dövlət tənzimlənməsi", "Azərbaycanın iqtisadi siyasəti" fənlərini tədris etmişdir. 3 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris proqramının, 60-dan artıq elmi məqalənin müəllifidir.

Almaniyada "Sosial bazar iqtisadiyyatı", Yaponiyada "Ümumdünya Ticarət Təşkilatına üzvlük", ABŞ-də "Qanun layihələrinin hazırlanmasında icraedici və qanunverici orqanların əməkdaşlığı", Hollandiyada "İnkişaf etməkdə olan ölkələrin ticarət danışıqçıları və inzibatçıları" və s. proqramlarda iştirak etmiş, UNCTAD-ın eksperti kimi fəaliyyət göstərmişdir.

2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışmışdır. 2002–2007-ci illərdə həmin nazirliyin "Makroiqtisadi təhlil və proqnozlaşdırma" şöbəsinə, 2007–2009-cu illərdə "Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı" şöbəsinə, 2009–2014-cü illərdə isə "İqtisadi siyasət, təhlil və proqnozlaşdırma" şöbəsinə rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqçılar Qrupunun üzvü, Xidmətlər üzrə İşçi Qrupun rəhbəri olmuşdur. Dövlət qulluğunun müşaviridir.

2009-cu ildən etibarən "Bakıelektrikşəbəkə" ASC-nin Müşahidə Şurasının Sədri, Dövlət büdcəsinin xərcləri üzrə Komissiyanın üzvü, Əmanətlərin sığortalanması Fondu Himayədarlar Şurasının üzvü, Dövlət Statistika Komitəsinin Metodologiya Şurasının üzvü, 2011–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.

100-dən artıq beynəlxalq və yerli konfranslarda, o cümlədən Beynəlxalq Peterburq İqtisadi Forumu (iyun, 2013); İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu, Dünya Bankı (5–6.03.2012, Bakı); İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü Forumu (2–3.03.2012, Bakı); "Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası" (28.04.2010, Bakı); "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" (04.06.2010, Bakı); "Diversification through innovation: prospects for growth" (5–7.05.2010, Berlin); "Keçid iqtisadiyyatlı ölkələrdə BMT-nin Minilliyin İnkişaf məqsədlərinə nail olunmasında Rəqabət siyasətinin rolu" (27–28.09.2005, Bakı, UNCTAD); "Distribution services" (14–16.11.2005, UNCTAD, Cenevrə); Trade and development implications of financial services (20–21.09.2007, UNCTAD, Cenevrə); "Qloballaşma ilə bağlı məsələlərin həlli üçün Azərbaycanda potensialın gücləndirilməsi" (28–29.08.2003, UNESCAP, Bakı) və s. iştirak və çıxış etmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

İngilis, ukrayna və rus dillərini bilir. Ailəlidir. İki övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ədalət muradov sözünün mənası, ədalət muradov haqqında məlumat. ədalət muradov nədir? ədalət muradov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Leksikon

  • Fevral 23, 2026

    Dinozavrlar

  • Fevral 27, 2026

    Yutlandiya döyüşü

  • Fevral 27, 2026

    Arpa xan

  • Mart 06, 2026

    Alqarve krallığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst