Əbül-Qasım Abdullah ibn Məhəmməd ibn Əbdüləziz ibn əl-Mərzban əl-Bəğavi (ərəb. أبو القاسم البغوي; 829, Bağdad – 929, Bağdad) — hədis alimi.
| Əbül-Qasım əl-Bəğavi | |
|---|---|
| ərəb. أبو القاسم البغوي | |
| Doğum tarixi | 829 |
| Doğum yeri | |
| Vəfat tarixi | 929 (99–100 yaşında) |
| Vəfat yeri | |
| Elm sahəsi | hədis elmi |
| Tanınmış yetirmələri | Darəqutni, Təbərani |
Həyatı
Mənşəyi
Hicri 214-cü (829) ildə Bağdadda doğulub. Ailəsi Xorasanın Bağşur və ya Bağ məntəqəsinə mənsubdur. Buna görə də nisbəsi "Bəğavi"dir. Onu İbn bint Əhməd ibn Məni də adlandırıblar.
Təhsili və fəaliyyəti
Bəğavi, əmisi Əli ibn Əbdüləziz və ana tərəfdən babası Əhməd ibn Məninin sayəsində kiçik yaşlarından elm məclislərində iştirak etmiş və on bir yaşından hədis öyrənməyə başlamışdır. O, aralarında Əli ibn Cəd, Əli ibn Mədini, Əhməd ibn Hənbəl, Əbu Nəsr ət-Təmmar kimi məşhur mühəddislər də olduğu 300-dən çox alimdən hədis təhsili almışdır.
İbn Səid, Qətii, İsmaili, İbn Şahin, Darəqutni, İbn Qəni, Təbərani, İbn Hibban kimi yüzlər alim ondan hədis öyrənmişdir.
Əli Yardımın bildirdiyinə görə, etibarlı mühəddis hesab olunan Bəğavi, yetişdirdiyi tələbələrlə yanaşı təsnif və yazdığı əsərlər də İslamın mədəniyyət tarixindən özünə məxsus yer tutmuşdur. Xətti gözəl olduğu üçün babası, əmisi və hətta özü üçün bir çox kitab intisab etmişdir. Həyat ikən ona paxıllıq edənlər olsa da, onlardan bir ziyanlıq görməmişdir. Nisbəsi Bəğavi olan digər alimlərlə səhv salınmasın deyə ona "əl-Bəğaviyyül-Kəbir" deyilmişdir. Lakin bununla belə bəzi mənbələr onu Muhiys-Sünnə Məhəmməd əl-Bəğavi ilə səhv salmışlar. Buna görə də, Muhyis-Sünnənin "Məalimut-Tənzil" adlı təfsirini onun əsərləri arasında göstərmişlər.
Vəfatı
Bəğavi, bir Ramazan gecəsi Bağdadda vəfat etmiş və Babüt-Tin qəbiristanlığında dəfn edilmişdir.
Əsərləri
- Mucəmüs-Səhabə (Zahiriyyə kitabxanası, məcmuə, № 94/11).
- Tarixu vəfatiş-Şüyux (Zahiriyyə kitabxanası, məcmuə, № 106, 8 vərəq).
- Məsailu Əhməd ibn Hənbəl (Zahiriyyə kitabxanası, məcmuə, № 83/7, 8 vərəq).
- Hekayətü Şöbə və Əmr ibn Mürrə.
Həmçinin Bəğavi Əhməd ibn Hənbəlin "Kitabül-Əşribə"sini rəvayət etmiş, "Hədisu Əbi Sələmə" və "Sələsətün və sələsunə hədisən min hədisi-Əbil-Qasım" adlı əsərləri qələmə almışdır.
O, müəllimi Əli ibn Cədin hədislərini toplayaraq, on üç cüzdən ibarət "əl-Cədiyyət"i və "əs-Sünən alə məzahibil-füqəha" adlı əsərləri ərsəyə gətirmişdir. Mənbələrdə onun babası və əmisinin müsnədlərindən faydalanaraq ərsəyə gətirdiyi "əl-Müsnəd" adlı əsərdən də bəhs edilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbül-Qasım əl-Bəğavi haqqında məlumat. Əbül-Qasım əl-Bəğavi nədir? Əbül-Qasım əl-Bəğavi nə deməkdir?