Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əşrəf Hacı oğlu Quliyev (29 iyul 1924, Bakı – 10 fevral 1994, Bakı) — Azərbaycan aktyoru, rejissoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univer

Əşrəf Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əşrəf Quliyev

Əşrəf Hacı oğlu Quliyev (29 iyul 1924, Bakı – 10 fevral 1994, Bakı) — Azərbaycan aktyoru, rejissoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin dekanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974).

Əşrəf Quliyev
Əşrəf Hacı oğlu Quliyev
Doğum tarixi 29 iyul 1924
Doğum yeri Bakı Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 10 fevral 1994 (69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri Yasamal qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Əminə Babayeva
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1934-1990
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1974
"Əməkdə fərqlənməyə görə" medalı — 19591959

Mündəricat

Həyatı

Əşrəf Hacı oğlu Quliyev 29 iyun 1924-cü ildə Bakıda anadan olub. Yeddiillik təhsili bitirəndən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Tələbə ikən Azərbaycan Akademik Dövlət Teatrının tamaşalarında kütləvi səhnələrə çıxıb. 1938-ci ildə təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərilib.

Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən qayıtdıqdan sonra az müddət İrəvan teatrında işləyib və sonra yenicə açılmış Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1952-ci ildən Akademik Milli Dram Teatrında rejissor işləyib.

1984-cü il yanvar ayının 2-dən yalnız Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləyib və burada aktyor və rejissor sənətindən dərs deyib "Aktyor sənəti" fakültəsinin dekanı olmuşdur Müxtəlif illərdə Lənkəran və Gəncə teatrlarında tamaşalara quruluşlar verib. Əşrəf Quliyev 10 fevral 1994-cü ildə Bakıda vəfat edib və Yasamal qəbirsanlığında dəfn olunub.

Mükafatları

  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 iyun 1974

Quruluş verdiyi tamaşalar

Nəcəf bəy Vəzirov adına Lənkaran Dövlət Dram Teatrın səhnəsində

  • Mirzə İbrahimov "Yaxşı adam" (06.12.1973)
  • Nəbi Xəzri "Sən yanmasan" (21.12.1973)
  • Mirzə İbrahimov " Kəndçi qızı" (22.05.1975)…
  • Nəbi Xəzri "Əks səda" (1974)

Akademik Milli Dram Teatrın səhnəsində

  • Vasili Şkvarkinin "Özgə uşağı"(8 sentyabr 1956)
  • Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli" (2 oktyabr 1959)
  • Həsən Seyidbəylinin "Bağlı qapılar" (3 iyun 1961)
  • Mirzə Fətəli Axundzadənin "Hacı Qara"
  • Sabit Rəhmanın "Toy" (14 dekabr 1963)
  • Cavad Fəhmi Başqutun "Köç" (19 sentyabr 1964)
  • Mirzə İbrahimovun "Yaxşı adam" (24 aprel 1965), "Kəndçi qızı" (15 may 1976)
  • Cəfər Cabbarlının "Oqtay Eloğlu" (29 iyun 1966)
  • İlyas Əfəndiyevin "Mənim günahım" (5 may 1967)
  • Bernard Şounun "Şeytanın şagirdi" (23 dekabr 1967)
  • Bəxtiyar Vahabzadənin "İkinci səs" (19 aprel 1969), "Yollara iz düşür" (30 oktyabr 1977)
  • Nəbi Xəzri "Sən yanmasan" 1972
  • Nəbi Xəzri "Əks-səda" 1974
  • Aleksandr Ostrovskinin "Müdriklər" (19 may 1973)
  • Vilyam Şekspirin "Heç nədən hay-küy" (10 mart 1979)
  • Sabit Rəhmanın "Əliqulu evlənir" (3 oktyabr 1980)

Filmoqrafiya

  • Yay günlərinin xəzan yarpaqları (film, 1986)-Musa

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əşrəf Quliyev haqqında məlumat. Əşrəf Quliyev nədir? Əşrəf Quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hidrogen rabitəsi

  • Fevral 27, 2026

    Əliağa (Türkiyə)

  • Fevral 27, 2026

    Palearktika

  • Fevral 27, 2026

    Cahangir Zülfüqarov

  • Fevral 27, 2026

    Testosteron

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst