Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hidrogen rabitəsi — oriyentasiya qüvvəsinin xüsusi növüdür. Flüor, oksigen və yaxud azot atomuna birləşmiş hidrogen atomu ilə flüor, oksigen və yaxud azot atomu

Hidrogen rabitəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Hidrogen rabitəsi

Hidrogen rabitəsi — oriyentasiya qüvvəsinin xüsusi növüdür. Flüor, oksigen və yaxud azot atomuna birləşmiş hidrogen atomu ilə flüor, oksigen və yaxud azot atomu arasında yaranan oriyentasiya qüvvəsinə hidrogen rabitəsi deyilir.

Hidrogen rabitəsi

Mündəricat

Hidrogen ionu

hidrogen ionu (H+) heç bir elektronu olmayan və +1 yükə malik nüvədən ibarətdir. Buna görə onu bəzən "çılpaq" proton da adlandırırlar. Elektrona malik olmadığı üçün hidrogen ionunun müsbət yükü mənfi yüklü ionlar tərəfindən güclü surətdə cəzb olunur. Bununla əlaqədar olaraq, bir sıra molekullarda xüsusi təbiətə malik rabitə növü meydana çıxır ki, bu da bir qayda olaraq, hidrogenin iştirakı ilə əmələ gəldiyi üçün hidrogen rabitəsi adlanır.. h2o

İzahı

miniaturadaimagem

Su molekulları arasında hidrogen rabitəsi

Hidrogen rabitəsi bilavasitə hidrogen ilə elektromənfiliyi yüksək olan elementlər (F,O,N və s.) arasında meydana çıxır. Məsələn, HF qaz halda polimerləşərək bir sıra polimerlər şəklində mövcud olur:H2F2, H3F3, H4F4, H5F5, H6F6 və s. Hidrogen rabitəsi adətən üç nöqtə ilə işarə edilir. Adi temperaturda H2O maye, H2S isə qazdır. halbuki bir sıra ümumi cəhətlərə əsasən bunun əksi müşahidə edilməlidir. Həmçinin suyun qaynama temperaturu (373oK) H2S-in qaynama temperaturundan (211oK) yüksəkdir. Bunlara səbəb H2S-dən fərqli olaraq, H2O molekulları arasında hidrogen rabitəsinin olmasıdır. Su molekulu iki hidrogen atomu və istifadə edilməmiş iki elektron cütünə malik olan bir oksigen atomundan ibarət olduğu üçün, o eyni vaxtda dörd hidrogen rabitəsi əmələ gətirə bilir. Burada elektron cütlərinin tetraedrik yerləşməsi ilə əlaqədar olaraq hidrogen rabitələri də fəzada həmçinin tetraedrik surətdə istiqamətlənir.

( H 2 O ) 2 = H 2 O ⋯ H O H {\displaystyle {\mathsf {(H_{2}O)_{2}}}={\mathsf {H_{2}O}}\cdots {\mathsf {HOH}}} {\displaystyle {\mathsf {(H_{2}O)_{2}}}={\mathsf {H_{2}O}}\cdots {\mathsf {HOH}}}

Suyu adətən H2O-nun dimerləri təşkil edir.

Təbiəti

Hidrogen rabitəsi ion və kovalent rabitələrindən zəif, lakin Van-der-Vaals qüvvələrinə nisbətən davamlı rabitədir. Məsələn, ion və kovalent rabitələrə müvafiq gələn enerji təxminən 50-100 kkal/mol həddində olduğu halda, hidrogen rabitəsinin möhkəmliyi adətən 3-8 kkal/mol enerji ilə səciyyələnir. Lakin hidrogen rabitəsinin nisbətən zəif olmasına baxmayaraq, o maddələrin xassələrinin müəyyənləşməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Digər tərəfdən bir çox hallarda həm molekullararası və həm də molekuldaxili hidrogen rabitəsi eyni vaxtda bir neçə yerdən əmələ gəlir. Bu da ümumiyyətlə hidrogen rabitəsinin möhkəmliyinin artmasına səbəb olur.

Hidrogen rabitəsi polimer birləşmələrdə

Hidrogen rabitəsi süni və təbii polimer birləşmələrinin kimyasında böyük əhəmiyyət kəsb edir. Məsələn, sellüloza molekullarının öz aralarında birləşərək lif əmələ gətirməsi bilavasitə hidrogen rabitəsinə əsaslanır.

Bioloji rolu

Hidrogen rabitəsinin böyük bioloji rolu da müəyyən edilmişdir. irsiyyət məsələlərində dezoksiribonukleun turşuları başlıca rol oynayır. Bu turşulara məxsus xüsusi quruluş isə orada hidrogen pabitələrinin olması ilə əlaqədardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hidrogen rabitəsi haqqında məlumat. Hidrogen rabitəsi nədir? Hidrogen rabitəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ərəblər

  • Fevral 27, 2026

    Aeluropus

  • Fevral 27, 2026

    İrina Şeyk

  • Fevral 27, 2026

    Rahmaniyyə

  • Fevral 27, 2026

    Miluoki

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst