Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şotlandiya musiqi sənətinin mənşəyi ölkənin ərazisində məskunlaşmış tayfaların, yəni keltlərin, skottların, skandinavların və başqalarının mahnı və rəqsləri ilə

Şotlandiya musiqisi

  • Ana Səhifə
  • Vikipediya
  • Şotlandiya musiqisi

Şotlandiya musiqisi — Şotlandiya ərazisində formalaşmış musiqi sənəti.

Pikt daş işində arfa ifaçısı. 700–900-cü illər.

Mündəricat

Tarixi

Şotlandiya musiqi sənətinin mənşəyi ölkənin ərazisində məskunlaşmış tayfaların, yəni keltlərin, skottların, skandinavların və başqalarının mahnı və rəqsləri ilə bağlıdır. Gəzərki xalq müğənniləri olan bardlar, sonralar isə minstrellər qəhrəmani, məhəbbət mahnıları qoşur, xalq eposunu qoruyub-saxlayırdılar. Şotlandiya mahnıları üçün pentatonika və natural məqamlar xarakterikdir. Mahnı və rəqslər XII əsrdən populyarlaşan arfa, XV əsrdən əsas milli musiqi aləti olan tuluq zurnası, fidele, viola, skripka ilə müşayiət olunurdu. XII əsrdən professional dini və dünyəvi saray musiqisi inkişaf etməyə başlamış, XIII əsrdə xor məktəbləri yaranmışdı. XVI əsrin birinci yarısında Şotlandiya musiqisi bəstəkarlardan Robert Karver, Robert Conson, Devid Pibls və başqalarının yaradıcılığı ilə bağlıdır. Musiqi sənəti XVII əsrdən yüksəlişə başlamışdır. XVIII əsrdə professional musiqi cəmiyyətləri, xor, orkestrlər və opera birlikləri yaranmışdır. Şotlandiya xalq mahnıları əsasında ilk ballada-opera ("Nəcib çoban", 1725, Allan Ramzey) yaradılmışdır. XVIII–XIX əsrlərdə musiqi ifaçılığı yüksək professional səviyyəyə çatmış, 1838-ci ildə Edinburq Universitetində musiqi kafedrası, 1890-cı ildə Şotlandiya Kral Musiqi Akademiyası kimi musiqi təhsili ocaqları yaranmışdır. 1929-cu ildə Qlazqo şəhərində Şotland Milli Musiqi Akademiyası təşkil olunmuşdur. Müasir bəstəkarlıq məktəbinin banisi Aleksandr Makkenzidir. C, Deyvi, R. Krouford, T, Masqreyv və başqaları XX əsrin əsas Şotlandiya bəstəkarlarıdır. Edinburqda konservatoriya, xor kollektivləri, simfonik orkestrlar fəaliyyət göstərir. 1947-ci ildən Edinburqda hər il beynəlxalq musiqi, dram və balet sənəti festivalı keçirilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şotlandiya musiqisi haqqında məlumat. Şotlandiya musiqisi nədir? Şotlandiya musiqisi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 11, 2026

    Sloven dili

  • Fevral 27, 2026

    Tritonlar

  • Mart 01, 2026

    Bolqarıstan levi

  • Mart 01, 2026

    Hafiz Quliyev

  • Fevral 27, 2026

    Zaməddin Ziyadoğlu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst