Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şon Penn (ing. Sean Justin Penn; 17 avqust 1960[…], Santa-Monika, Kaliforniya)—Amerika aktyoru və kinorejissoru.

Şon Penn

  • Ana Səhifə
  • Vikipediya
  • Şon Penn

Şon Penn (ing. Sean Justin Penn; 17 avqust 1960[…], Santa-Monika, Kaliforniya)—Amerika aktyoru və kinorejissoru.

Şon Penn
ing. Sean Penn
Doğum adı Sean Justin Penn
Doğum tarixi 17 avqust 1960(1960-08-17)[…] (65 yaş)
Doğum yeri
  • Santa-Monika, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Həyat yoldaşı
  • Madonna (1985–1989),
  • Robin Rayt[d] (1996–2010)
Partnyorları
  • Şarliz Teron (2013–2015)
Fəaliyyəti kino aktyoru, kinorejissor, ssenarist, film prodüseri, teatr aktyoru, televiziya aktyoru, aktyor, siyasi fəal[d], səsləndirmə aktyoru[d], rejissor
Fəaliyyət illəri 1974-cü ildən
Təhsili
  • Santa Monika Kolleci[d] (1920),
  • Santa-Monika Ali Məktəbi[d]
Boyu 1,73 m
Mükafatları +
IMDb ID0000576
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hollivudun ən istedadlı aktyorlarından olan Şon Pennin yəqin, qazanmadığı mükafat yoxdur. Dünyanın ən prestij festivalları sayılan Oskar, Kann, Venesiya, Berlin kimi festivalların mükafatlarını qazanıb. Həm aktyor kimi, həm də rejissor kimi uğurları saysız hesabsızdır.

Bu aktyor mədəniyyət dünyasının ən dəlisov, ən çılğın insanlarından biri kimi tanınır. O gah küçədə şəklini çəkmək istəyən paparazzini tutub təpiyin altına salır, gah arvadını döyür, gah hökuməti söyür. Hətta Oskar təltifetmə mərasimində qazandığı mükafatdan dolayı ona söz verilərkən, Akademiya üzvlərinə ağzına gələni demişdi.

Amerika qəzetlərində Şon Pennlə bağlı tez-tez belə məlumatlara rast gəlmək olar: "Şon Penn yenə məhkəməlik oldu", "Şon Penn yenə müttəhimlər kürsüsündə", "Penn arvadını yumruqlayıb" və s. və i.

Hətta elə vaxtlar olub ki, Penn məhkəmə salonlarını tərk etməyib, bir istintaqın dalınca, o biri gəlib.

1985–89-cu illər dönəmində Madonnayla evli olarkən Penn medianın ən sevimli personajı idi. Qəzet manşetlərində "Əri Madonnanı yenə döydü" sözləri tez-tez yazılırdı.

Siyasi düşüncələri

2002-ci ildə Penn "The Washington Post" qəzetinə külli miqdarda pul ödəməklə Amerikanın o dövrkü prezidenti Corc Buşa açıq məktub yazdı. Məktubda Amerika ordusunun İraqa girməsini və hökumətin siyasətini kəskin şəkildə tənqid edirdi.

11 sentyabr hadisələrindən 1 il sonra Penn bütün dünyanı özünün rəhbəriyi altında çəkilən yeni filmi ilə təəccübləndirdi. "11 sentyabr"ı amerikalılar antiamerika ovqatında çəkilmiş film hesab elədilər və buna görə Penn çox ciddi şəkildə tənqid olundu. 11 sentyabr" filmini 11 sentyabr hadisələri əsasında dünyanın müxtəlif ölkələrindən olan 11 rejossor çəkib. Hər rejissor 11 dəqiqədən ibarət qısametrajlı film lentə alıb, bu filmlər birləşərək tammetrajlı film əmələ gətirir. Filmin ideya müəllifi təbii ki, Şon Penndir. Ən qalmaqallı hissəni də məhz o çəkib.

Onun filminin qəhrəmanı əkiz göydələnlərin yaxınlığında yaşayan qoca dul kişidir. Göydələnlərin uçmasından sonra qocanın evinə pəncərələrdən işıq düşür və birdən-birə dibçəklər çiçəkləyir. Əvvəllər göydələnlər günəş şüalarının qarşısını kəsirdi, indi isə otağa par-par parıldayan günəş şüaları dolur, qoca sevincindən ağlayır…

Filmoqrafiya

Atyor
  • Dəli və Dahi (2019)
  • Birinci (2018) (8 episodios)
  • Günəşin səsi (cortometraje, 2017)
  • Qəzəbli quşlar (film, 2016)
  • Silahlı (film, 2016)
  • Volter Mittinin qeyri-adi həyatı (film, 2013)
  • Qanqster (film, 2013)
  • This Must Be The Place (2011)
  • Həyat ağacı (film, 2011)
  • Ədalətli oyun (film, 2010)
  • Süd (film, 2008)
  • What Just Happened (2008)
  • Bütün Kral Adamları (film, 2006)
  • La intérprete (2005)
  • Two and a half men (film, 2004)
  • Riçard Niksona sui-qəsd (film, 2004)
  • 21 qram (film, 2003)
  • Sirli çay (film, 2003)
  • It`s All about Love (2003)
  • I am Sam (film, 2001)
  • The Weight of Water (2001)
  • Gecə düşməzdən əvvəl (film, 2000)
  • Dostlar (teleserial, 1994)
  • Sweet and lowdown (1999)
  • Hurlyburly (1998)
  • The Thin Red Line (1998)
  • Hugo Pool (1997)
  • She´s So Lovely (1997)
  • Oyun (film, 1997)
  • Giro al infierno (1997)
  • Dead Man Walking (1995)
  • Carlito's Way (1993)
  • State of Grace (1990)
  • Casualties of War (1989)
  • We're No Angels (1989)
  • Colors (1988)
  • Shanghai Surprise (1986)
  • At Close Range (1986)
  • El juego del halcón (1985)
  • Racing with the Moon (1984)
  • Bad Boys (1983)
  • Fast Times at Ridgemont High (1982)
  • Taps, más allá del honor (1981)
Rejissor
  • The Last Face (2016) (nominado a la Palma de Oro)
  • Vəhşi təbiətdə (2007)
  • 11'09"01 - September 11 (2002) (documental)
  • The Pledge (2001)
  • The Crossing Guard (1995)
  • The Indian Runner (1991)
Ssenarist
  • Into the Wild (2007)
  • 11'09"01 - September 11 (2002) (documental)
  • The Crossing Guard (1995)
  • The Indian Runner (1991)\

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şon Penn haqqında məlumat. Şon Penn nədir? Şon Penn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Durğu işarələri

  • Fevral 27, 2026

    Məbəd cəngavərləri

  • Fevral 27, 2026

    Parana çayı

  • Fevral 26, 2026

    Qara Dərviş

  • Fevral 27, 2026

    İnteqral sxem

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst