Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şifahi ənənə — məlumatların insan doğulan gündən başlayaraq, yaddaşdan köçürülməsi, uyğun dəyişiklik metodları ilə şifahi olaraq nəsildən-nəslə ötürülməsidir. M

Şifahi ənənə

  • Ana Səhifə
  • Vikipediya
  • Şifahi ənənə

Şifahi ənənə — məlumatların insan doğulan gündən başlayaraq, yaddaşdan köçürülməsi, uyğun dəyişiklik metodları ilə şifahi olaraq nəsildən-nəslə ötürülməsidir. Müəyyən bir performans tərzi (oxuma, hekayə izahı) tələb edir.

Qırğız manasçı

Yazı icad edilməzdən əvvəl ictimai təcrübə, keçmişə dair biliklər və ilk sənət əsərləri saxlanılaraq nəsildən-nəslə ötürülürdü. Dastanlar, əfsanələr, rəvayətlər, şəcərə siyahıları şəklində şifahi tarix qədim xalqların tarixi şüurunun ən erkən forması idi.

Şifahi ənənəyə tarixi əfsanələr, qəhrəmanlıq əfsanələri, tarixi nəğmələr, xalq dastanları daxildir.

Xalq yaradıcılığı nümunələrinin nəsildən-nəslə ötürülməsi prosesində əksər hallarda digər janrlara məxsus folklor mətnlərindən götürülmüş motivlərdən və bədii vasitələrdən geniş istifadə olunur. Bu, reallıqdan xeyli dərəcədə uzaqlaşmaya səbəb olsa da, yeni motiv və vasitələrin əlavə edilməsi nəticəsində reallıqda baş verən hadisələr xalq təxəyyülü ilə zənginləşir. Bu isə folklor mətninin təsir gücünü daha da artırır.

Şifahi ənənə yazının gəlişi ilə əhəmiyyətini itirmədi. Əksinə, antik dövrdə və orta əsrlərdə hər yerdə rast gəlinən şifahi xalq ədəbiyyatı nümunələri salnamə və tarixi hekayələrin tərtibində mənbə kimi istifadə edilməyə başladı.

Şifahi ənənə dinlərin inkişafında da böyük rol oynamışdır. Qədim mədəniyyətlərdə, bir qayda olaraq, bəzi mətnlər sadəcə yazıya tabe deyildi. Məsələn, yəhudi dinində, ravvin Yehuda ha-Nasidən əvvəl Tanax haqqında fikir bildirmək qadağan edilmişdi.

Mətnin yazılması, dəyişikliklərin qadağan olunmasını nəzərdə tutan "kodlaşdırma" ilə eyni idi. Bu səbəbdən qeyd olunanların — mövcud yazılı mətnlərin əhəmiyyətinin itirilməməsi üçün şərhlərin şifahi qalması lazım idi.

Şifahi ənənədə, yazılı ənənə üçün xarakterik olan mətnin ötürülməsinin bəzi üsulları yarana bilər, məsələn, mətnin məzmununu saxlayaraq yeni variantlar əlavə edilə bilər. Bu zaman mətn, şüursuzca mənimsənilməməli, xüsusi olaraq əzbərlənməlidir. Bu qayda ilə dualar əzbərlənir, dini ayinlər icra edilir.

Həmçinin bax

  • Epos
  • Folklor
  • Hədis
  • Ravvin

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şifahi ənənə sözünün mənası, şifahi ənənə haqqında məlumat. şifahi ənənə nədir? şifahi ənənə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arximed bağı

  • Mart 01, 2026

    Çiğli

  • Fevral 27, 2026

    Dyor

  • Mart 07, 2026

    Meqavati Sukarnoputri

  • Fevral 27, 2026

    Sosial qrup

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst