Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[…] – güm. 31 iyul 1849[…], güm. Albeşti[d], Transilvaniya knyazlığı (1711–1867)) — Məşhur macar şairi və libera

Şandor Petöfi

  • Ana Səhifə
  • Vikipediya
  • Şandor Petöfi

Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[…] – güm. 31 iyul 1849[…], güm. Albeşti[d], Transilvaniya knyazlığı (1711–1867)) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır.

Şandor Petöfi
mac. Sándor Petőfi
Doğum adı Alexander Petrovič
Təxəllüsü Rónai Sándor, Andor deák
Doğum tarixi 1 yanvar 1823(1823-01-01)[…]
Vəfat tarixi güm. 31 iyul 1849(1849-07-31)[…] (26 yaşında)
Vəfat yeri
  • güm. Albeşti[d], Transilvaniya knyazlığı (1711–1867), Avstriya imperiyası
Həyat yoldaşı
  • Yuliya Sendrei (1847–1849)
Fəaliyyəti şair, tərcüməçi, aktyor, yazıçı
Əsərlərinin dili Macar dili
İmza
Vikimənbənin loqosu Şandor Petöfi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır, lakin ilk şeirlərini 1835–1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. 1841-ci ildə Papa şəhərində təhsil aldığı bir vaxtda Petöfinin həyatında yeni bir mərhələ başlayır. Burada o macar ədəbiyyatının görkəmli nümayəndələrindən Mor Yakoi ilə tanış olur və 1842-ci ildə "Şərab içən kimsə" (mac. A borozó) adlı şeirini Şandor Petroviç ləqəbi ilə nəşr etdirir. 40-cı illərdə şair öz fəaliyyətini dahah çox teatr sahəsinə yönləndirir və aktyorluq təhsili almaq üçün bir müddət Debreçendə yaşayır, lakin istəyinə nail ola bilməyəcəyini başa düşən Petöfi 1844-cü ildə şeirləri ilə birlikdə Peşt şəhərinə yola düşür. 1844-cü il Petöfinin həyatında dönüm nöqtəsi hesab edilir. Bu illərdə o artıq Peştdə şair kimi böyük nüfuz qazanaraq, xalq ədəbiyyatının görkəmli təmsilçilərindən biri hesab edilirdi. 1846-cı ildə Petöfi demokrat gənclərdən ibarət "Gənc Macarıstan" (mac. Tizek Társaság ) təşkilatının yaradır, lakin bu təşkilat siyasi arenada istənilən fəallığı göstərə bilmir. 1847-ci ildə Petöfi Yulia Sendrey ilə evlənir və Peştə köçür.

İnqilabçı fəaliyyəti

1848–1849-cu illərdə baş verən macar inqilabı Petöfinin həm həyatında həm yaradıcılığında mühüm bir yerə malikdir. Şairin bu illərdə yazdığı şeirlər əsasən vətənpəvər ruhda yazılmış və xalqı inqilaba səsləmişdir. Petöfi, Layoş Koşut, İştvan Seçeni və Josef Bernlə birgə inqilabın rəhbərlərindən biri hesab olunur. Macar xalqının Avstriya İmperiyasına qarşı apardığı azadlıq mübarizəsində fəal iştirak edən Petöfi "Nemzeti dal" adlı şeiri inqilabın rəmzlərindən birinə çevrilmişdir.

Əsərləri

İlk əsərlərini Asod şəhərində yazan şair "Vəda" (mac. Bucsúzás) adlı şeirini məhz bu şəhərə həsr etmişdir. Yaradıcılığına yeni başlayarkən Şandor "Petroviç" ləqəbindən istəfadə etsə də sonralar şeirlərini "Petöfi" imzası ilə nəşr etdirir. 1844-cü ildə Petöfi epik janrda şeirlər yazmağa başlayır. Onun bu qəbilədən olan əsərləri arasında kənddə baş verən hekayədən bəs edən və 4 mahnıdan ibarət "Kəndin çəkici"(mac. A helység kalapácsa) adlı əsəri ilə Macar ədəbiyyatının ən milliyətçi şeiri hesan edilən "Qəhrəman Yanoş" (mac. Vitéz János ) şeiri daha çox nəzərə çarpır. Petöfinin bu dövrdə yazdığı əsərlərində şairin emosional hissləri özünü büruzə vermişdir. Bunun bir nümunəsi də Berta Mednyanzakiyə yazdığı "Eşqin inciləri" (mac. Szerelem gyöngyei ) şeiridir. 1846-cı ildə şairin ədəbi fəaliyyəti və şeirləri daha çox milli və azadlıq hisslərini özündə tərənnüm edirdi. Azadlığa və inqilaba həsr etdiyi "Xalq" adlı əsəri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şairin digər əsərləri:

  • "Pişta Saloy" (poemalar)
  • "Buludlar" (poetik toplu)

Ölümü

31 iyul 1849-cu ildə Transilvaniyada rus generalı İ. Paskeviçin kazak qoşunlarlı ilə Seqasvar döyüşündə (çar Rusiyası macar inqilabını yatırmaq qoşun göndərmişdi) həlak olub. Məzarı yoxdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şandor petöfi sözünün mənası, şandor petöfi haqqında məlumat. şandor petöfi nədir? şandor petöfi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kubanıçbəy Ömürəliyev

  • Mart 02, 2026

    Şikotan

  • Fevral 23, 2026

    Katalon dili

  • Mart 01, 2026

    Nəbilər (Şuşa)

  • Mart 06, 2026

    Aleksandru Maksim

Trend Mahnılar
  • Mart 07, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Məni Qurtar Bu Zülmdən / Tut Əlimdən Tu Elimden (Qorxuram Sənsiz Ölüm Mən) En Yeni Mahni TikTok 2026

  • Mart 07, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 07, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 07, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst