Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Musxelişvili Nikolay İvanoviç (gürc. ნიკოლოზ მუსხელიშვილი; 1891-1976) — Sovet riyaziyyatçısı və mexaniki. AMEA-nın fəxri üzvü.

Nikolay Musxelişvili

  • Ana Səhifə
  • Vikipediya
  • Nikolay Musxelişvili

Musxelişvili Nikolay İvanoviç (gürc. ნიკოლოზ მუსხელიშვილი; 1891-1976) — Sovet riyaziyyatçısı və mexaniki. AMEA-nın fəxri üzvü.

Nikolay Musxelişvili
gürc. ნიკოლოზ მუსხელიშვილი
Doğum tarixi 16 fevral 1891
Doğum yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 16 iyul 1976 (85 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Milliyyəti gürcü Gürcüstan Gürcüstan
Təhsili
  • Sankt-Peterburq Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d],
  • Sankt-Peterburq Dövlət Universiteti
Fəaliyyəti riyaziyyatçı
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası (1933–1939),
  • Rusiya Elmlər Akademiyası (1939),
  • ADR Elmlər Akademiyası[d] (1967),
  • Polşa Elmlər Akademiyası[d] (1960),
  • Gürcüstan Milli Elmlər Akademiyası (1941),
  • Ermənistan Milli Elmlər Akademiyası (8520)
Mükafatları "Stalin" mükafatı "Stalin" mükafatı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nikolay İvanoviç 1891-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1914-cü ildə Peterburq Universitetini bitirib, 1922-ci ildən Tbilisi Universitetinin və Politexnik İnstitutunun professoru, 1941-ci ildən Gürcüstan SSR EA Razmadze adına Riyaziyyat İnstitutunun direktoru olmuşdur.

1933-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1941-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1957-ci ildən SSRİ EA Rəyasət Heyətinin üzvü, 1941-1972-ci illərdə prezidenti, 1972-1976-cı illərdə Gürcüstan SSR EA-nın fəxri prezidenti olmuşdur. 1945-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Musxelişvilinin apardığı tədqiqatlar elastiklik nəzəriyyəsinə, inteqral tənliklərə, funksiyalar nəzəriyyəsinin sərhəd məsələlərinə və s. aiddir.

Nəzəri fizika və mexanikada, eləcə də riyaziyyatın digər bölmələrində müvəffəqiyyətlə istifadə olunan bir sıra üsullar təklif edərək Musxelişvili kompleks dəyişənli funksiyalar nəzəriyyəsini elastiklik nəzəriyyələri məsələlərinə ilk tətbiq edənlərdən olmuşdur. Alimin işlərində statistik hallar üçün müstəvidə elastiklik nəzəriyyəsinin bütün əsas problemləri həll edilmişdir. O, müstəvi məsələləri sonlu xətti cəbri tənliklər sisteminə gətirilən bir sıra oblastlar aşkar etmişdir. Musxelişvili analitik funksiyaların xətti sərhəd məsələləri və məxsusi nüvəli birqat inteqral tənliklər nəzəriyyəsinə öz bilik və bacarığını sərf etmişdir. Çoxlu sayda elmi məqalələrin, monoqrafiyaların və ali məktəb tələbələri üçün riyaziyyat üzrə dərsliklərin müəllifidir.

Musxelişvili bir çox xarici ölkə akademiyalarının, elmi idarələrin və cəmiyyətlərin üzvü olmuşdur. O, 1941, 1947-ci illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 5 Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, M.V.Lomonosov adına Qızıl medalla (1972), 2 xarici ordenlə, eləcə də başqa orden və medallarla təltif olunmuşdur.

AMEA-nın fəxri üzvü seçilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nikolay musxelişvili sözünün mənası, nikolay musxelişvili haqqında məlumat. nikolay musxelişvili nədir? nikolay musxelişvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Osmanlı musiqisi

  • Mart 01, 2026

    Sarıhacılı

  • Fevral 28, 2026

    Frederik Leyton

  • Fevral 26, 2026

    Windows 3.x

  • Mart 01, 2026

    Kraysler binası

Trend Mahnılar
  • Mart 07, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 07, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 07, 2026

    Tacir Rustemov & Gulka Elekberli - İncime 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 07, 2026

    Məni Qurtar Bu Zülmdən / Tut Əlimdən Tu Elimden (Qorxuram Sənsiz Ölüm Mən) En Yeni Mahni TikTok 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst