Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şamxor döyüşü (1826) Gəncə döyüşü (1826) Uşaqan döyüşü (1827) İrəvan qalasının işğalı (1827) Türkmənçay müqaviləsi (1828)

Şamxor döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Şamxor döyüşü
Rusiya II Rusiya-İran müharibəsinin
xronologiyası

Şamxor döyüşü (1826)
Gəncə döyüşü (1826)
Uşaqan döyüşü (1827)
İrəvan qalasının işğalı (1827)
Türkmənçay müqaviləsi (1828)

  • b
  • m
  • r

Şamxor döyüşü (rus. Шамхорская битва) — Rusiya-İran müharibəsi dövründə, 1826-cı ildə Şamxor (indiki Şəmkir) ətrafında baş verən döyüş.

Mündəricat

Tarixçəsi

"Şəmkir yaxınlığında döyüş" (rəssam: Natiq Fərəcullazadə)

19 iyul 1826-cı ildə Azərbaycan valisi, İran taxt-tacının vəliəhdi Abbas Mirzənin başçılıq etdiyi 60 minlik qoşun Xudafərin körpüsünü keçərək Qarabağ və Gəncə üzərinə yeridi. Bundan ruhlanan Gəncə əhalisi iyulun 27-də Rusiya əleyhinə üsyana qalxdı. Bakı, Şamaxı və Şəki xanlıqlarının əhalisi də Rusiya əleyhinə üsyanlara başladılar. Sarı Aslanın başçılıq etdiyi İrəvan xanlığının ordusu Dağ Borçalısında və Şirəkdə yerləşdirilmiş rusları geri oturtdu. Bolus-Kəpənəkçi əhalisi ruslar tərəfindən onların torpaqlarına yerləşdirilmiş alman kolonistlərini qovdular. Rusiyanın Qafqazdakı baş hakimi Yermolovun Borçalının sünnü əhalisini şiələrə qarşı qaldırmaq cəhdi uğursuzluqla nəticələndi.

Abbas Mirzə Qarabağın xeyli hissəsini ruslardan azad edərək, 60 minlik ordunun 40 minlik əsas hissəsi ilə rusların Təbriz-Tiflis yolu üstündəki əsas dayaq məntəqəsi olan Şuşa qalasını mühasirəyə aldı və qalan 20 minlik qoşunla Tiflisə tərəf hərəkət etdi. Artıq vaxt itkisinə səbəb olan 48 günlük mühasirə rus qüvvələrinin birləşərək əks hücuma keçməsi üçün şərait yaratdı. Ruslar dekabristlər üsyanında iştirak etdiklərinə görə cərimə batalyonlarına qulluğa göndərilənləri də döyüşlərə cəlb etdilər və yaxşı döyüşəcəkləri halda "əfv olunacaqları" haqda vəd verildi.

Döyüş

Tiflis üzərinə yeriyən Abbas Mirzənin qoşunlarının avanqardı — 10 min əsgər, 4 top, 20 falkonetlə avqustun əvvəlində Şamxoru tutdu. Əlahiddə Rusiya Qafqaz korpusunun komandiri general Yermolovun başçılığı altında olan 12 minlik nizami qoşun (2 draqun alayı, 150 kazak) və 2 minlik kazak süvari dəstəsi, Abbas Mirzəni məğlub etmək, onun Tiflisə yürüşünün qarşısını almaq və Şuşanın mühasirəsinin qaldırılması üçün hərəkətə keçdi.

1826-cı ilin 3(15) sentyabrında müasir Şəmkir şəhərinin yaxınlığında, Şəmkir çayının sahilində tərəflər qarşı-qarşıya gəldilər. Rus ordusunun 4300 nəfərlik əlahiddə dəstəsi 12 topla və 2 min kazak süvarisi ilə Madatovun komandanlığı altında, Tiflisdən hərəkət edərək, Şamxor yaxınlığındakı qarşı döyüşdə Abbas Mirzənin avanqardını məğlub etdi. Süvarilərin təqib etdiyi Abbas Mirzənin qoşunları Şəmkir çayının, Tiflisin üzərinə yeriyən əsas qüvvələrin cəmləşdiyi sağ tərəfinə keçdilər. Abbas Mirzənin qoşunları cinahlarında qeyri-nizami süvarilər (qulamlar) olmaqla, düşmənə qarşı qabaran aypara formasında düzülmüşdü. Arxada toplar və falkonetlər yer alırdı. Ruslar, rəqibin say üstünlüyünə baxmayaraq, dayanmadan onun mövqelərinə hücum etdilər. Topların dəstəyi ilə süvarilər cinahlarda döyüşə girişdilər, piyadalar isə süngü hücumu ilə Abbas Mirzənin qoşunlarının mərkəzini vurub keçdilər. Süvarilər Abbas Mirzənin qoşunlarını təqib etməyə başladılar.

İtkilər

Döyüşdə Abbas Mirzə 2 minə yaxın, ruslar isə 27 əsgər itirdilər. Döyüşün taleyini piyadaların, süvarilərin və topların hərəkətlərinin uzlaşması həll etdi.

Nəticə

5(17) sentyabrda Abbas Mirzə Şuşa qalasının mühasirəsini götürdü. Sentyabrın 13(25)-də Yelizavetpol yaxınlığındakı döyüşdə ruslar yenə qələbə qazandılar.

Döyüşün iştirakçıları

  • Abbas mirzə Qovanlı-Qacar
  • Məhəmməd Qovanlı-Qacar
  • Əmir xan Dəvəli-Qacar
  • Valerian Madatov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şamxor döyüşü haqqında məlumat. Şamxor döyüşü nədir? Şamxor döyüşü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Emil Durkhaym

  • Fevral 27, 2026

    Avtoritet

  • Fevral 27, 2026

    Tovuzqala

  • Fevral 23, 2026

    Ariya

  • Fevral 27, 2026

    2000-ci il

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst