Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şalva Qadabadze (30 may 1984, Tbilisi) — 2000–2006-cı illərdə Gürcüstanı, 2008–2016-cı ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.

Şalva Qadabadze

  • Ana Səhifə
  • Vikipediya
  • Şalva Qadabadze

Şalva Qadabadze (30 may 1984, Tbilisi) — 2000–2006-cı illərdə Gürcüstanı, 2008–2016-cı ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.

Şalva Qadabadze
Şəxsi məlumatlar
Tam adı Şalva Qadabadze
Vətəndaşlığı Gürcüstan Gürcüstan →
Azərbaycan Azərbaycan
Doğum tarixi 30 may 1984(1984-05-30) (41 yaş)
Doğum yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Boyu 178 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1983—2016
Medallar
Dünya Çempionatı
Bürünc 2013 Budapeşt96 Kq.
Avropa Çempionatı
Bürünc 2009 Vilnüs84 Kq.
Bürünc 2011 Dortmund96 Kq.
Bürünc 2012 Belqrad96 Kq.

Karyerası

Şalva Qadabadze 2000-ci ildə Bratislava şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2002 və 2004-cü illərdə yeniyetmələr arasında Avropa Çempionatlarında altıncı pillələrdə qərarlaşan Şalva Qadabadze 2005-ci ildə İzmir şəhərində Universiada Oyunlarının qalibi oldu.

2006-cı ildə Rusiyada Avropa Çempionatını 8-ci pillədə başa vuran Şalva Qadabadze həmin ilin iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirin bürünc medalına sahib oldu. Şalva Qadabadzenin çıxışından razı qalan Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri onu Azərbaycan yığmasının heyətinə cəlb etdi.

Şalva Qadabadze 2008-ci ildə əvvəlcə İtaliyada 1-ci Dünya Olimpiya Təsnifat Turnirində uğursuz çıxış eləsə də, daha sonra Serbiyada 2-ci Dünya Olimpiya Təsnifat Turnirin qalibi olmaqla olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl Şalva Qadabadze iyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. Avqustda isə Şalva Qadabadze Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Avqustun 14-də 84 Kq. turnirində çıxış edən Şalva Qadabadze mübarizə apardı. Olimpiadanın 1/8 final mərhələsində Şalva Qadabadze Tunis nümayəndəsi Hayel Açuri ilə üz-üzə gəldi. Görüşün birinci hissəsində rəqibinə 5:0 hesabı ilə qalib gələn Şalva Qadabadze növbəti hissədə də rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Zoltan Fodor oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün biricni hissəsi 1:1 hesabı ilə başa çatdı və nəticədə qaydalara əsasən son xalı Şalva Qadabadze qazandığına görə hissənin qalibi oldu. Görüşün növbəti hissəsində isə Şalva Qadabadze rəqibinə 0:4 hesabı ilə məğlub oldu. Belə olan halda görüşün taleyi üçüncü hissədə həll olundu. Bu hissədə 1:1 hesabı ilə başa çatdı. Qaydalara əsasən son xalı rəqib qazandığına görə Şalva Qadabadze görüşdə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazandığına görə Şalva Qadabadze təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Şalva Qadabadze Çin nümayəndəsi Ma Sanyi ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsi 2:2 hesabı ilə başa çatdı. Nəticədə son xalı rəqib qazandığına görə Şalva Qadabadze birinci hissədə məğlub oldu. Növbəti hissədə isə Şalva Qadabadze rəqibinə 2:4 hesabı ilə məğlub oldu və olimpiadanı 8-ci pillədə başa vurdu.

2009-cu ildə Şalva Qadabadze əvvəlcə yanvarda Fransada Kristo Lutte beynəlxalq turnirinin qalibi oldu, daha sonra isə apreldə Litvada Avropa Çempionatının bürünc medalına sahib oldu. Mövsümün növbəti turnirində Şalva Qadabadze uğursuz çıxış etdi, iyulda Qızıl Qran-Pri beynəlxalq turnirini 12-ci, sentyabrda Dünya Çempionatını isə 5-ci pillələrdə başa vurdu.

2010-cu ildə Şalva Qadabadze üçün uğursuz bir mövsüm oldu. Yanvarda İstanbul şəhərində Vəhbi Əmrə beynəlxalq turnirinin qalibi olan Şalva Qadabadze martda Macarıstanda Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vurdu. Apreldə Avropa Çempionatında uğursuz çıxış edən (17-ci pillədə başa vurdu) Şalva Qadabadze iyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.

2011-ci ildə əvvəlcə yanvarda İstanbul şəhərində Vəhbi Əmrə beynəlxalq turnirində, sonra isə Dortmund şəhərində Avropa Çempionatında bürünc medallara sahib olan Şalva Qadabadze iyulda Qızıl Qran-Pri beynəlxalq turnirdə və sentyabrda Dünya Çempionatında müvafiq olaraq 7-ci və 10-cu pillələrdə qərarlaşaraq uğursuz çıxış etdi.

Şalva Qadabadze üçün 2012-ci il nisbətən uğurlu oldu. Yanvarda İstanbulda Qran-Pri beynəlxalq turnirinin və martda Belqradda Avropa Çempionatının bürünc medallarına sahib olan Şalva Qadabadze apreldə Bolqarıstanda Avropa Olimpiya Təsnifat Turnirində uğursuz çıxış eləsə də (bürünc medala sahib oldu), Çində Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vurmaqla olimpiya lisenziyasına sahib oldu. Bununla da Şalva Qadabadze iyul-avqustda Azərbaycanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Avqustun 7-də çıxış edən Şalva Qadabadze turnirin 1/8 final mərhələsində Rusiya nümayəndəsi Rüstəm Totrov ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Qadabadze 2:0, növbəti hissəsində isə Totrov 1:0 hesabları ilə qalib gəldi. Həlledici hissədə də Şalva Qadabadze rəqibinə məğlub oldu (0:2). Rəqibi final görüşünə vəsiqə qazandığına görə Şalva Qadabadze təsəlliverici qrupda mübarizə apardı. Qrupun birinci görüşündə onun rəqibi son Dünya Çempionatının finalçısı İsveç nümayəndəsi Cimmi Lidberq oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Lidberq 1:0, növbəti hissəsində isə Qadabadze 1:0 hesabları ilə qalib gəldi. Həlledici hissədə Şalva Qadabadze rəqibinə minimal hesabla məğlub oldu və olimpiadanı yeddinci pillədə başa vurdu. Sentyabrda isə Şalva Qadabadze Qızıl Qran-Pri beynəlxalq turnirinin qızıl medalına sahib oldu.

2013-cü ilin martında Gürcüstanın Tbilisi şəhərində Avropa Çempionatını beşinci pillədə başa vuran Şalva Qadabadze sentyabrda Macarıstanın Budapeşt şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu. Noyabrda isə o, Qızıl Qran-Pri beynəlxalq turnirində uğursuz çıxış etdi və turniri 11-ci pillədə başa vurdu.

Karyerası enişə doğru gedən Şalva Qadabadze 2014-cü ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olsa da, Avropa Çempionatını 20-ci, Dünya Çempionatını isə 22-ci pillədə başa vurdu. Bundan sonra bir ildən çox beynəlxalq turnirlərdə çıxış eləməyən Şalva Qadabadze 2015-ci ilin noyabrında Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. 2016-cı ilin aprel və may aylarında müvafiq olaraq Avropa Olimpiya Təsnifat Turnirində və Dünya Olimpiya Təsnifat Turnirində uğursuz çıxış edən Şalva Qadabadze həmin il idmanla vidalaşdı.

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Gürcüstan Gürcüstan
1
2000
Yeniyetmələrin Avropa Çempionatı Slovakiya Slovakiya
1.
2
2002
Gənclərin Avropa Çempionatı Yuqoslaviya Yuqoslaviya
6.
3
2004
Gənclərin Avropa Çempionatı Sloveniya Sloveniya
6.
4
2005
Universiada Oyunları Türkiyə Türkiyə
1.
5
2006
Avropa Çempionatı Rusiya Rusiya
8.
6
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
Azərbaycan Azərbaycan
7
2008
Dünya Olimpiya Təsnifat Turniri İtaliya İtaliya
24.
8
Dünya Olimpiya Təsnifat Turniri Serbiya Serbiya
1.
9
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
10
Olimpiya Oyunları Çin Çin
8.
11
2009
Kristo Lutte Fransa Fransa
1.
12
Avropa Çempionatı Litva Litva
3.
13
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
12.
14
Dünya Çempionatı Danimarka Danimarka
5.
15
2010
Vəhbi Əmrə Türkiyə Türkiyə
1.
16
Macarıstan Qran-Prisi Macarıstan Macarıstan
5.
17
Avropa Çempionatı Azərbaycan Azərbaycan
17.
18
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
2.
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
19
2011
Vəhbi Əmrə Türkiyə Türkiyə
3.
20
Avropa Çempionatı Almaniya Almaniya
17.
21
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
7.
22
Dünya Çempionatı Türkiyə Türkiyə
10.
23
2012
İstanbul Qran-Prisi Türkiyə Türkiyə
3.
24
Avropa Çempionatı Serbiya Serbiya
3.
25
Avropa Olimpiya Təsnifat Turniri Bolqarıstan Bolqarıstan
3.
26
Dünya Olimpiya Təsnifat Turniri Çin Çin
1.
27
Olimpiya Oyunları Böyük Britaniya Birləşmiş Krallıq
10.
28
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
29
2013
Avropa Çempionatı Gürcüstan Gürcüstan
5.
30
Dünya Çempionatı Macarıstan Macarıstan
3.
31
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
11.
32
2014
Avropa Çempionatı Finlandiya Finlandiya
20.
33
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
34
Dünya Çempionatı Özbəkistan Özbəkistan
22.
35
2015
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
36
2016
Dünya Olimpiya Təsnifat Turniri Serbiya Serbiya
3.
37
Dünya Olimpiya Təsnifat Turniri Türkiyə Türkiyə
12.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şalva qadabadze sözünün mənası, şalva qadabadze haqqında məlumat. şalva qadabadze nədir? şalva qadabadze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şunt

  • Fevral 27, 2026

    Leylatəpə mədəniyyəti

  • Mart 01, 2026

    Sentriol

  • Fevral 27, 2026

    Bingöl ili

  • Fevral 27, 2026

    Azərbaycantelefilm

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst