Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəməsi döyüşü — 1494-cü ildə Şeyx Heydərin oğlu, Şah İsmayılın böyük qardaşı Şeyx Sultan Əli ilə Ağqoyunlu hökmdarı Rüstəm Mirzə arasında baş vermiş döyüş. Yaln

Şəməsi döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Şəməsi döyüşü

Şəməsi döyüşü — 1494-cü ildə Şeyx Heydərin oğlu, Şah İsmayılın böyük qardaşı Şeyx Sultan Əli ilə Ağqoyunlu hökmdarı Rüstəm Mirzə arasında baş vermiş döyüş. Yalnız bu döyüşdə Rüstəm Mirzə özü şəxsən iştirak etməmiş, Ebih Sultanı bu tapşırığa göndərmişdi.

Şəməsi döyüşü
Yeri Şəməsi adlanan yer
Nəticəsi Ağqoyunlu qalib gəldi
Münaqişə tərəfləri

Ağqoyunlu

Qızılbaşlar

Komandan(lar)

Əbih Sultan

Şeyx Sultan Əli ☪

    Mündəricat

    Döyüşdən əvvəl

    Şeyx Heydərin öldürülməsindən sonra onun ailəsi İstəxr qalasında əsir kimi saxlanılırdı. Rüstəm Mirzə Ağqoyunlu hökmdarı olduqdan sonra onları həbsdən azad etdirir və Təbrizə gətirdir. Bundan sonra Şeyx Heydərin oğlu Şeyx Sultan Əli Rüstəm Mirzənin tərəfində vuruşmağa başlayır. 1493-cü ildə Ağqoyunlu taxtı uğrunda baş vermiş Rüstəm Mirzə ilə Baysunqur Mirzə arasındakı Əhər yaxınlığında baş vermiş döyüşdə Sultanəli tərəfdarları ilə birlikdə Rüstəm Mirzə tərəfdə vuruşurdu. Döyüş Rüstəm Mirzənin qələbəsiylə başa çatdı və bu qələbədə Sultanəli və tərəfdarlarının da rolu oldu.

    Döyüşün baş verməsi

    Ərdəbildəki Səfəvi tərəfdarlarının güclənməsindən qorxan Rüstəm ona və ailəsinə qəsd təşkil etdi. Lakin qəsdin üstü açıldı. Sultanəli ailəsilə birlikdə Ərdəbilə doğru yola çıxdı. Rüstəm Mirzə onların ardınca 5000 süvari yolladı. Döyüşün qaçılmaz olduğunu görən Sultanəli sufi əmirlərinin iclasında "Səfəviyyə" ordeninin başçısı təyin etdi, ailəsini Ərdəbilə yola saldı, özü isə döyüşmək üçün geri döndü. 1494-cü ildə Şəməsi adlanan yerdə baş vermiş döyüşdə qızılbaşlar məğlub oldu. Döyüşün gedişində Sultanəli üstünlük qazansa da, qızılbaşların arxayınlaşması, Əbih Sultanın ordunu yenidən bir yerə yığması nəticəsində o, bu döyüşdə həlak oldu.

    Döyüşdən sonra

    Şəməsi döyüşündən sonra Rüstəm Mirzə və sərkərdə Əbih Sultanın səyi nəticəsində 1494-95-ci illərdə Ərdəbildə bir çox Səfəvi müridləri, o cümlədən, Şeyx Heydərin bütün ailə üzvləri öldürüldü. Müridlər yalnız sonralar şah olaraq ailəsinin intiqamını alacaq İsmayılı xilas edə bildilər. İsmayıl Gilana gətirildi, o, burada 1499-cu ilə qədər Gilanın Biyəpiş vilayətinin hakimi Mirzə Əlinin yanında qaldı.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəməsi döyüşü haqqında məlumat. Şəməsi döyüşü nədir? Şəməsi döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      Ankara

    • Fevral 27, 2026

      Barokko memarlığı

    • Fevral 27, 2026

      Artemisia

    • Fevral 27, 2026

      Aşıq Alı

    • Fevral 14, 2026

      Almaniya

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst