Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəhər əfsanəsi (Amer. ing. urban legend), bəzən sadəcə əfsanə, şəhər mifi (Brit. ing. urban myth) və ya müasir əfsanə (ing. modern legend) — həqiqət kimi paylaş

Şəhər əfsanəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Şəhər əfsanəsi

Şəhər əfsanəsi (Amer. ing. urban legend), bəzən sadəcə əfsanə, şəhər mifi (Brit. ing. urban myth) və ya müasir əfsanə (ing. modern legend) — həqiqət kimi paylaşıla bilən, lakin doğru olmaya, qeyri-adi, qorxulu və gülməli əhvəlatları əhatə edən folklor janrı. Şəhər folkorunun hissəsi olaraq, şəhər əfsanələri ya şifahi şəkildə və ya internet vasitəsilə yayılır.

ABŞ-ın böyük şəhərlərində kanalizasiya timsahları haqqında şəhər əfsanəsi yayılmışdır

Bəzən şəhər əfsanələri misinformasiya yayma vasitəsinə çevrilə bilər. Mənəvi panika kontekstində yayılan şəhər əfsanələri insanları və ya qrupları aqressiyaya sövq edə bilər. Beləliklə, onun təhlükəli tərəfi də mövcuddur. Məsələn, 2004-cü ildə ABŞ folklorşünası Dayan Qoldsteyn İİV yoluxdurulmuş iynələr haqqında əfsanələri araşdırmış və bu əfsanələrin peşakarların dediklərinə əks olan məlumatlar yaydığını aşkar etmişdir. Müasir tibbə görə, İİV yoluxması cinsi yolu ilə baş verə bilər (o cümlədən müntəzəm cinsi partnyordan). Halbuki bu əfsanələrdə yoluxma anonim yad şəxs tərəfindən törədilirdi və cinsi əlaqə olmadan baş verirdi.

Terminologiya

Şəhər əfsanəsi anlayışının ən erkən istifadə nümunəsi 1968-ci ilə aiddir. O zaman, onu ABŞ folklorşünası Riçard Doson işlətmişdi. İngilis dilinin professoru Yan Harold Brunvand 1981-ci ilində çap etdirdiyi kitab seriyasında bu anlayışı işlədərək, onu populyarlaşdırmışdı.

Kanadalı folklorşünas Pol Smit izah edir ki, müasir əfsanələr məhz şəhərdə baş veriyi üçün şəhər əfsanəsi adlanır və onun bu termin daha çox istifadə olunur.

Bəzi araşdırmaçılar müasir əfsanə anlayışını üstün tuturlar, çünki bu əhvalatlar müasir zamanlarda (indiki zaman, yaxın keçmiş və ya yaxın gələcək) baş verən olayları əhatə edir və onlarda müasir həyataxüsusiyyətlər qeyd olunur.

Quruluşu

Bir çox şəhər əfsanəsinin süjeti və personajları olan təmsili olur. Bu əfsanələrdə sirr, qorxu və ya yumor elementləri yer ala bilər. Çox zaman, şəhər əfsanəsi əxlaqi nağıl kimi işləyə bilər.

Şəhər əfsanəsinin rəvayətçisi iddia edə bilər ki, sözügedən əhvəlat onun dostu (və ya dostunun dostu) ilə baş vermişdir. Hekayəni şəxsiləşdirərək və ona inandıraraq, onun təsir gücünü artırırlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şəhər əfsanəsi sözünün mənası, şəhər əfsanəsi haqqında məlumat. şəhər əfsanəsi nədir? şəhər əfsanəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Datura ferox

  • Fevral 27, 2026

    Əlavə sinir

  • Fevral 27, 2026

    Pun müharibələri

  • Fevral 27, 2026

    Katex

  • Mart 02, 2026

    Kinorinxlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst