İxtiyar Əlibala oğlu Şirinov və ya sadəcə İxtiyar Şirin (23 iyul 1952, Dünyamalılar, Beyləqan rayonu – 14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993).
| İxtiyar Şirin | |
|---|---|
| 14 oktyabr 1992 – 30 iyun 1993 | |
| Əvvəlki | Murad Babayev |
| Sonrakı | Əli Ömərov |
| 21 may 1992 – 28 oktyabr 1992 | |
| Prezident | İsa Qəmbər (i. e.) Əbülfəz Elçibəy |
| Əvvəlki | Sabir Hacıyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 23 iyul 1952 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 14 noyabr 2022 (70 yaşında) |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | prokuror |
| Atası | Əlibala Şirinov |
| Rütbəsi | Həqiqi dövlət ədliyyə müşaviri (məhrum edilib) |
Həyatı
İxtiyar Əlibala oğlu Şirinov 23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Beyləqan rayonundakı sovxozda fəhlə, Sumqayıtda zavodda laborant işləmiş, 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.
İxtiyar Şirin 1977-ci ildən prokurorluq orqanlarında çalışmış, 1977–1978-ci illərdə hazırkı Xətai Rayon Prokururluğunun müstəntiqi, baş müstəntiqi, 1982–1984-cü illərdə Bakı Şəhər Prokurorluğunun istintaq şöbəsinin prokuroru, Qaradağ rayon prokurorunun müavini, hazırkı Yasamal və Qaradağ rayonlarının prokuroru vəzifələrində işləmişdir.
13 nömrəli Puta seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilərək şuranın Hüquqi siyasət komissiyasının sədri vəzifəsinə seçilmişdir. Milli Şuranın Azərbaycan Respublikasının Milli Məclisi adlandırılmasından sonra Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasının üzvü olmuşdur. İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatdan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdir.
İxtiyar Şirin 21 may 1992-ci ildə Azərbaycan Respublikasının hüquq siyasəti üzrə Dövlət müşaviri təyin edilmiş və 28 oktyabr 1992-ci ildə bu vəzifədən azad edilmişdir. 14 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmuş və ona 16 oktyabr 1992-ci ildə həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilmişdir. 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilmişdir.
1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Hüseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xitam edib və azadlığa buraxılıb.
29 dekabr 1998-ci ildə Milli Konqres Partiyasını təsis etmiş və siyasi fəaliyyətini təsis etdiyi siyasi partiya ilə davam etdirmişdir.
14 noyabr 2022-ci ildə vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İxtiyar Şirinov haqqında məlumat. İxtiyar Şirinov nədir? İxtiyar Şirinov nə deməkdir?