Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905, Voloqda – 1 iyul 1990, Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkə

İvan Serov

  • Ana Səhifə
  • Vikipediya
  • İvan Serov

İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905, Voloqda – 1 iyul 1990, Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır.

İvan Serov
Şəxsi məlumatlar
Doğum tarixi 13 avqust 1905
Doğum yeri Voloqda quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 iyul 1990 (84 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vətəndaşlığı
  •  Rusiya imperiyası
  •  RSFSR
  •  SSRİ
Təhsili
  • M. V. Frunze adına Hərbi Akademiya
Hərbi fəaliyyəti
Mənsubiyyəti rus
Qoşun növü Qızıl Ordu
Rütbəsi Ordu generalı
Komandanlıq edib
  • SSRİ Dövlət Təhlükəsizlik Komitəsi
Döyüşlər İkinci dünya müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeniSuvorov ordeni "Leninqradın müdafiəsinə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" medalı "Leninqradın 250 illik xatirəsinə" medalı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır.

Mündəricat

Erkən yaşları və hərbi karyerası

Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur. Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur. Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir. Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.

İkinci dünya müharibəsində iştirakı

Serov 1939-cu ildə NKVD-nin Ukrayna Komissarlığında fəaliyyətə başlamış və İkinci dünya müharibəsi zamanı Sovet gizli polisinin tərkibində çox vacib rol oynamış, 1941-ci ildə çeçenlərin və Baltik dövlətlərində yaşayan yerli əhalinin deportasiya olunmasında iştirak etmişdir.

1939-cu ildən 1941-ci ilə qədər NKVD-nin Ukrayna Komissarlığında işləyən Serov, İngiltərənin "Time" jurnalı tərəfindən Ukraynada yüz minlərlə insanın ölümünün əsas səbəbkarı kimi təqdim olunmuşdur. Serov Ukraynada özünü "Ukraynanın cəlladı" adlandıran Nikita Xruşşovla birlikdə işləmişdir.

O, həmçinin Baltik dövlətləri və Polşadan əhalinin deportasiya olunmasının koordinasiya məsələlərinə cavabdeh olmuş, Katın qırğını zamanı isə bu qırğında iştirak etmiş yüksək rütbəli şəxslər sırasında olmuşdur.

1941-ci ildə bütün NKVD üzrə komissar müavini vəzifəsinə təyin olunmuşdur. O, bu vəzifədə olarkən Beriyanın rəhbərliyi altında Qafqaz əhalisinin deportasiya olunması və krım tatarlarının Krım yarımadasından qovulmasında da iştirak etmişdir.

Serov 1956-cı ilə qədər Polşa İctimai Təhlükəsizlik Nazirliyində əsas Sovet məsləhətçisi kimi fəaliyyət göstərmişdir.

Həmçinin bax

  • Sovet İttifaqı Qəhrəmanı
  • Ordu generalı (SSRİ)
  • İkinci dünya müharibəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İvan Serov haqqında məlumat. İvan Serov nədir? İvan Serov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rodiniya

  • Fevral 27, 2026

    Atom bombası

  • Fevral 27, 2026

    Volter Vayt

  • Fevral 27, 2026

    Qaz (quş)

  • Fevral 25, 2026

    Brest (rayon)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst