Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rzayev İslam Tapdıq oğlu (11 noyabr 1934, Sərdarlı, Qaryagin rayonu – 26 yanvar 2008, Bakı) — Azərbaycanlı müğənni, xanəndə və pedaqoq, Azərbaycan SSR xalq arti

İslam Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • İslam Rzayev

Rzayev İslam Tapdıq oğlu (11 noyabr 1934, Sərdarlı, Qaryagin rayonu – 26 yanvar 2008, Bakı) — Azərbaycanlı müğənni, xanəndə və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989).

İslam Rzayev
Ümumi məlumatlar
Doğum tarixi 11 noyabr 1934(1934-11-11)
Doğum yeri
  • Sərdarlı, Qaryagin rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 26 yanvar 2008(2008-01-26) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1956–2008
Janr muğam
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
"Şöhrət" ordeni

Mündəricat

Həyatı

İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda almış (1951–1956), Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını mükəmməl öyrənmişdir. Həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.

Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilmişdir. Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir.

70-dən artıq qastrol səfərlərində olmuş, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir.

Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub.

Xatirəsi

2025-ci ildə Beynəlxalq Muğam Mərkəzində Xalq artisti İslam Rzayevin anadan olmasının 90 illiyinə həsr olunan tədbir keçirilib.

Mükafatları

  • Azərbaycan SSR əməkdar artisti — 1967
  • Azərbaycan SSR xalq artisti — 1989
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "Şöhrət" ordeni — 10 noyabr 2004

Filmoqrafiya

  1. Azərbaycan elləri (film, 1976)
  2. Bakı bağları. Türkan (film, 2007)
  3. "Hacı Mail" nağılı... (film, 2005)
  4. Havalansın Xanın səsi (film, 2001)
  5. Sevil (film, 1970)
  6. Şur (film, 1967)
  7. Yenilməz batalyon (film, 1965)
  8. Yorulmamışam. Rövşən Behcət (film, 2007)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İslam Rzayev haqqında məlumat. İslam Rzayev nədir? İslam Rzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Elm

  • Fevral 27, 2026

    Konstantin Sençixin

  • Fevral 24, 2026

    Kaspilər

  • Fevral 27, 2026

    ABŞ fəlsəfəsi

  • Fevral 27, 2026

    Bəy

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst