Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həqiqət Əli qızı Rzayeva (20 may (2 iyun) 1907, Lənkəran, Lənkəran qəzası – 2 avqust 1969, Bakı) — müğənni (soprano), pedaqoq. Azərbaycan SSR xalq artisti (1943

Həqiqət Rzayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Həqiqət Rzayeva

Həqiqət Əli qızı Rzayeva (20 may (2 iyun) 1907, Lənkəran, Lənkəran qəzası – 2 avqust 1969, Bakı) — müğənni (soprano), pedaqoq. Azərbaycan SSR xalq artisti (1943). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir.

Həqiqət Rzayeva
Ümumi məlumatlar
Doğum tarixi 20 may (2 iyun) 1907(1907-06-02)
Doğum yeri
  • Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 2 avqust 1969(1969-08-02) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Uşağı
  • Azər Rzayev
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, aktrisa
Fəaliyyət illəri 1927-ci ildən
Janr opera
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Şərəf nişanı" ordeni — 1938
Azərbaycan SSR xalq artisti — 1943 Azərbaycan SSR əməkdar artisti — 1940
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Lənkəran qəzasıın Darquba kəndində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür.

Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış oldu.

1928–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927–1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" — Müslüm Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" — Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" — Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. "Ögey Ana" filmində Qəmər xala obrazını oynamışdır. Qəmər xala filmdə mənfi obrazdır. O kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi "Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq." sitatı yaddaşlara həkk olunmuşdur.

Bəstəkar Azər Rzayevin və Həsən Rzayevin anasıdır.

Mükafatları

  • "Şərəf nişanı" ordeni — 17 aprel 1938
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943

Xatirəsi

● Bakı şəhərində küçələrdən biri Həqiqət Rzayevanın adını daşıyır.

● Bərdə şəhərində küçələrdən biri Həqiqət Rzayevanın adını daşıyır.

● Lənkəran şəhərində 2№-li Uşaq Musiqi Məktəbi Həqiqət Rzayevanın adını daşıyır.

● Lənkəran şəhərində Həqiqət Rzayevanın büstü açılmışdır.

● Lənkəran şəhərində Yaradıcılıq Sarayı Həqiqət Rzayevanın adını daşıyır.

Filmoqrafiya

  • Lətif (film, 1930) — Ögey ana (Tammetrajlı bədii film)
  • İsmət (film, 1934) — Həqiqət (Tammetrajlı bədii film)
  • Dostlar (film, 1934) — Ana (Qısametrajlı bədii film)
  • Ögey ana (film, 1958)
  • Muğamlar (film, 1965)
  • Üzeyir ömrü (film, 1981)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həqiqət Rzayeva haqqında məlumat. Həqiqət Rzayeva nədir? Həqiqət Rzayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hoplit

  • Fevral 27, 2026

    Spin (fizika)

  • Fevral 12, 2026

    Arxangelsk vilayəti

  • Fevral 23, 2026

    Qafqaz cəbhəsi

  • Fevral 27, 2026

    Tablet

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst