Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İslam Məmməd oğlu Ağayev (20 avqust 1932, Bülbülə – 27 yanvar 2014, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, yazıçı, şair, Azə

İslam Ağayev

  • Ana Səhifə
  • Vikipediya
  • İslam Ağayev

İslam Məmməd oğlu Ağayev (20 avqust 1932, Bülbülə – 27 yanvar 2014, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

İslam Ağayev
Doğum tarixi 20 avqust 1932(1932-08-20)
Doğum yeri
  • Bülbülə, Orconikidze rayonu, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 27 yanvar 2014(2014-01-27) (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi

Mündəricat

Həyatı

İslam Məmməd oğlu Ağayev 1932-ci il avqust ayının 20-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Bülbülədə 79, 208 və Sabunçu rayonundakı 51 nömrəli fəhlə-gənclər məktəbində almışdır. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.

1957–1960-cı illərdə Azərbaycan Dövlət kitabxanasında baş biblioqraf işləmişdir. 1960-cı ilin iyun ayında Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət edilmişdir.

1964-cü ildə "Satirik Zənbur jurnalı" mövzusunda namizədlik, 1984-cü ildə "Molla Nəsrəddin" jurnalı və XX əsrin əvvəlləri Azərbaycan Ədəbiyyatının ideya — bədii inkişafı problemləri" mövzusunda elmlər doktoru dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir.

Bu vaxta kimi, XIX əsrin sonları – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabi, 150-dən artıq məqaləsi dərc edilmişdir. Hazırda çap olunmaqda olan çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi" kitabının müəlliflərindən biridir.

1976–1987-ci illərdə dərc edilmiş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın əsas məqalə və 2004–2005-ci illərdə dərc edilmiş 2 cildlik "Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası"nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindəndir.

27 yanvar 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Elmi əsərləri

  1. Azərbaycan kitabı (1870 – 1920-ci illərdə nəşr olunmuş Azərbaycan çap kitabının biblioqrafiyası). (Müəlliflərdən biri). Bakı, 1963.
  2. Satirik "Zənbur" jurnalı. Bakı. Elmlər Akademiyasının nəşr. 1969.
  3. Cəlil Məmmədquluzadə (həyatı və yaradıcılığı) (Müəlliflərdən biri). Bakı, "Elm" nəşr. 1974.
  4. "Molla Nəsrəddin"in poetikasi" Bakı, "Elm" nəşr. 1985.
  5. ""Molla Nəsrəddin"in tarixi hünəri" Bakı, "Bilik" nəşr. 1976.
  6. Əliqulu Qəmgüsar (həyatı və yaradıcılığı), Bakı, "Elm" nəşr.1976.
  7. Əli Razi Şamçızadə (həyatı və yaradıcılığı, əsərlərindən seçmələr), Bakı, "Elm" nəşr. 1992.
  8. Azərbaycan Xalq Cumhuriyyəti (Müəlliflərdən biri), Bakı, "Elm" nəşr. 1998.
  9. Əlabbas Müznib (həyatı, yaradıcılığı, mübarizəsi), Bakı, "Elm" nəşr. 2000.
  10. XX əsrin əvvəllərində Azərbaycan şeri. Bakı, "Elm" nəşr. 2002.
  11. Əliabbas Müznib (həyatı, yaradıcılığı, əsərlərindən seçmələr), Bakı, "Elm" nəşr. 2005.
  12. "Molla Nəsrəddin" – 100. (Azərbaycan və rus dillərində) Bakı, "Elm" nəşr. 2006.
  13. Ədəbiyyat, mətbuat və publisistika problemləri. (Məqalələr toplusu), Bakı, "Elm" nəşr. 2006.

Bədii əsərləri

"Arzu" adli ilk şeri 1953-cü ilin 17 iyununda Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetində çıxmışdır. Sonrakı illərdə "Gənclik nəğmələri" (1957), "Tər çiçəklər" (1959), "Duyğular" (1960) adlı ədəbi almanaxlarda hekayələri dərc edilmişdir.

İslam Ağayev 1958–1960-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində və "Bakı" axşam qəzetində rəsmi ştatdankənar müxbir olmuşdur. O, 20-ci əsrin sonlarından başlayaraq bədii yaradıcılıqla müntəzəm məşğul olmuş, azyaşlı uşaqlar üçün "Tez böyümək istəyirəm" (1977) və "Dostunu yaxşı tanı" (1981) adlı hekayə kitablarını, mənsur şerlərindən ibarət "Ayrılıq düşüncələri" (1995), "Salam olsun" (1997), "Sirli dünya" (2000), "Tale çiçəkləri" (2002),"Xəzan yarpaqları" (2007) kitablarını çap etdirmişdir. Bu illərdə onun "Azərbaycan gəncləri", "Ədəbiyyat qəzeti" və "Kredo" qəzetlərində bir sıra hekayə bə şerləri çıxmışdır.

Haqqında

  1. Seyfəddin Rzasoy. İslam Ağayev: Ömür bə yaradıcılıq etüdləri, Bakı, "Tural – Ə" nəşr. 2002, 123 səh.
  2. İslam Ağayevin elmi və bədii yaradıcılığı. (Məqalələr məcmuəsi), Bakı, "Qarabağ" nəşr. 2009, 323 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İslam Ağayev haqqında məlumat. İslam Ağayev nədir? İslam Ağayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dolomit

  • Fevral 27, 2026

    E.ə. 47

  • Fevral 23, 2026

    Rafael Santi

  • Fevral 23, 2026

    ACM

  • Fevral 27, 2026

    İsmin halları

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst