Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmamverdi Yavər oğlu Həmidov (1 yanvar 1941, Bala Kolatan, Masallı rayonu) — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim

İmamverdi Həmidov

  • Ana Səhifə
  • Vikipediya
  • İmamverdi Həmidov

İmamverdi Yavər oğlu Həmidov (1 yanvar 1941, Bala Kolatan, Masallı rayonu) — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor, filologiya elmləri doktoru.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-cü ildən).

İmamverdi Həmidov
İmamverdi Yavər oğlu Həmidov
Doğum tarixi 1 yanvar 1941(1941-01-01) (85 yaş)
Doğum yeri
  • Bala Kolatan, Masallı rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi adı
  • professor
İş yeri
  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Elmi rəhbəri Ələsgər Məmmədov

Mündəricat

Həyatı

İmamverdi Həmidov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Masallı rayonunun Bala Kolatan kəndində anadan olmuşdur.

05 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb .

Ümumi təhsili

İbtidai, yeddiillik və orta təhsilini müvafiq olaraq rayonun Bala Kolatan, Böyük Kolatan və Bədəlan kənd məktəblərində almışdır.

İxtisas, ali və elmi təhsili

  • 1957-1959-cu illərdə Bakı Statistika Texnikumunda oxumuş və iqtisadçı ixtisası üzrə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində oxumuş və oranı filoloq, ərəb dili tərcüməçisi, ərəb və Azərbaycan dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuşdur.
  • 1967-ci ildə Sovet İttifaqı Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun (Moskva şəhəri) aspiranturasına keçirilmişdir.
  • 1967-1968-ci illərdə Həmin institutun aspirantı olmuşdur.

Əmək fəaliyyəti

  • 1959-1960-cı illərdə Masallı rayonunun Qodman kəndindəki kolxozda iqtisadçı vəzifəsində işləmişdir.
  • 1969-1973- Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat institutunun böyük elmi işçisi
  • 1973-1976– Ədəbiyyat İnstitutunun elmi katibi
  • 1980–1985– Ədəbiyyat institutunda böyük elmi işçi.
  • 1990-1997- Ədəbiyyat İnstitutunda böyük elmi işçi
  • 1997-ci ildən indiyə kimi – Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri
  • 2017-ci ildən “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Filologiya və Pedaqogika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.

Dissertasiya müdafiəsi

  • 1970-ci ildə “İbn Quteybə Dinəvəri” mövzusunda “Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə filologiya elmləri namizədi dissertasiyası müdafiə etmişdir.
  • 2009-cu ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Ərəb ədəbiyyatı və Azərbaycan ədəbiyyatı ixtisasları üzrə “Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Dil bilikləri

  • Azərbaycan dili––sərbəst
  • Rus dili––sərbəst
  • Ərəb dili––sərbəst
  • Talış dili––sərbəst

Elmi əsərləri

  • Əsərlərinin ümumi sayı 113
  • O cümlədən monoqrafiya və kitabları 9
  • Beynəlxalq jurnallarda çap olunmuş əsərlərinin sayı 31

Əlavə əmək fəaliyyəti

  • 1963-1964- Yəmən Ərəb Respublikasında təcrübə keçmiş və ərəb dili tərcüməçisi işləmişdir.
  • 1975-1979– Yəmən Xalq Demokratik Respublikasında ərəb dili tərcüməçisi işləmişdir.
  • 1985-1989 – İraq Respublikasında ərəb dili tərcüməçisi işləmişdir.
  • 1998-2010-Bakıdakı Misir Mədəniyyət mərkəzində ərəb dili müəllimi

AMEA-dan xaricdə əmək fəaliyyəti

  • 2004-2011-Bakı Dövlət Universitetində ərəb dili və ədəbiyyatı müəllimi (saat hesabı)
  • 1998-2000- “Nizami Gəncəvi” jurnalında Ədəbiyyat şöbəsinin müdiri
  • 2001-2011-Bakı Asiya Universitetində ərəb dili və ədəbiyyatı müəllimi (0,5 ştat)

Elmi kadr hazırlığı

– 3 nəfər elmlər doktoru hazırlığı üzrə məsləhətçi, 4 nəfər fəlsəfə doktoru hazırlığı üzrə elmi rəhbər

Yaradıcılıq birliyində fəaliyyəti

– 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇mamverdi həmidov sözünün mənası, i̇mamverdi həmidov haqqında məlumat. i̇mamverdi həmidov nədir? i̇mamverdi həmidov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Antonio Salyeri

  • Fevral 27, 2026

    Naan

  • Fevral 27, 2026

    Soqomon Teyliryan

  • Fevral 27, 2026

    Sergey Raxmaninov

  • Mart 06, 2026

    Kortala

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst