Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbayc

Bala Kolatan

  • Ana Səhifə
  • Vikipediya
  • Bala Kolatan

Bala Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bala Kolatan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Bala Kolatan
Ölkə
  •  Azərbaycan

Mündəricat

Toponimikası

Oykonim Külotan variantında da qeydə alınmışdır. Əvvəllər bu ərazidə bir Kolatan kəndi mövcud idi. Sonralar indiki Bala Kolatan yaşayış məntəqəsi yarandıqda keçmiş Kolatan kəndi Böyük Kolatan adlandırılmışdır. Talış dilində "meşədə təmizlənmiş, açılmış sahə" (tala) külət adlanır.

Tarixi

Digər məlumatlara görə Qədə Kuləton talış dilində "Qədə" – kiçik, "Kulət" – meşənin içindəki təbii çəmənlik və ya yaşamaq, əkinçilik və heyvandarlıq məqsədilə insanlar tərəfindən ağaclardan təmizlənmiş meşə ərazisi, "on" – cəm şəkilçisi mənasını verir. "Kulət" sözünün "çəmənlik", "Qədə Kuləton" sözünün rus dilindəki analoqu "Маленкие луга" ola bilər. Bala Kolatanın indiki tarixi çoxda qədim deyil və təxminən 250 ildən bir az çoxdur. Bala Kolatanın yuxarı məhəlləsinin ilk sakinləri indiki Lerik rayonunun Mastail kəndindən gəliblər.

1813-cü il Gülüstan müqaviləsinə əsasən Bala Kolatan Rusiya çarının ərazisinə qatılıb və vergini rus çarına ödəyiblər. Böyük Kolatan Talish xanının təəbəliyində qaldığından əhali vergini Talish xanına ödəyib.

Əhalisi

14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Kolatan və Xanalian kəndlərində toplam 201 evdə şiə təriqətli talışlardan ibarət 1.358 nəfər (966 nəfəri kişilər, 392 nəfəri isə qadınlar) əhali yaşayırdı. Sonuncu siyahıyaalınmaya görə kəndin əhalisi 940 nəfərdir.

İqtisadiyyatı

Bala Kolatan əhalisinin əsas məşğuliyyəti keçən əsrin ortalarına qədər dəmirçilik, at və kəl arabaları, onların hissələri və beşik istehsalı olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bala kolatan sözünün mənası, bala kolatan haqqında məlumat. bala kolatan nədir? bala kolatan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Məmişlər (Şuşa)

  • Fevral 19, 2026

    Subantarktika qurşağı

  • Fevral 10, 2026

    Baltik dənizi

  • Mart 01, 2026

    Hipokineziya

  • Mart 01, 2026

    Qutluqşah

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst