Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gələrsən-Görərsən qalası — Şəki rayonunda qədim qala. "Gələrsən-Görərsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının

Gələrsən-Görərsən qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Gələrsən-Görərsən qalası

Gələrsən-Görərsən qalası — Şəki rayonunda qədim qala. "Gələrsən-Görərsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, qalaya öndən, arxadan və çay tərəfdən qaya sıldırım olduğuna görə hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır. Lev Tolstoyun "Şeyx Şamil" və"Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir.

Gələrsən-Görərsən qalası
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir Kiş
Tikilmə tarixi XII əsr
Material çay daşı, yumurta sarısı, əhəng məhlulu
Vəziyyəti xarabalıqları qalıb
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.322
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
41°15′48″ şm. e. 47°13′42″ ş. u.HGYO
Xəritə
Gələrsən-Görərsən qalası (Azərbaycan)
Nöqtə
Gələrsən-Görərsən qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə qalada müdafiə olunmuş və Kiş qalası alındığı zaman qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu ilə əlaqədar qalanın adını çəkir. 1743-cü ildə Hacı Çələbi xan Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə qarşılaşmalı oldu. Nadir şahın qoşunları qalanı fasilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkililər üçün çətin olsa da, onlar uzun müddət düşmənlə mübarizə aparmış və ona sərt müqavimət göstərmişlər. "Gələrsən-Görərsən" adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: "O necə qaladır ki onu almaq olmur?". Ona cavab verirlər: "Gələrsən-Görərsən". Elə o vaxtdan qala belə adlanır. Hazırda qala dağılmış vəziyyətdədir və ciddi təmir işlərinin aparılması lazımdır. Qalanın müxtəlif hissələri dağılmış vəziyyətdə, bir-birinə yaxın ərazilərdə yerləşir. İndi qalaya ekskursiyalar təşkil olunur və turistlərə açıq şəkildə bura daxil olmağa icazə verilir.

Həmçinin bax

  • Gəl-Gör-Get qalası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gələrsən-Görərsən qalası haqqında məlumat. Gələrsən-Görərsən qalası nədir? Gələrsən-Görərsən qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Koke

  • Fevral 27, 2026

    Dnepr FK

  • Fevral 27, 2026

    Volqa xoruzgülü

  • Fevral 27, 2026

    Müqayisəli anatomiya

  • Fevral 27, 2026

    Lmbatavank

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst