Əbu Bəkr Abdullah ibn Məhəmməd ibn Ubeyd əl-Qureyşi əl-Bağdadi (ərəb. ابن أبي الدنيا; 823[…], Bağdad – 894, Bağdad) — çoxsaylı əsər müəllifi olan mühəddis, sufi, müəllim və Hənbəli fəqihi.
| İbn Əbid-Dünya | |
|---|---|
| ərəb. ابن أبي الدنيا | |
| |
| Doğum tarixi | 823[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 894 (70–71 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | fiqh, hədis, tarix, sufilik |
Bioqrafiyası
Hicri 208-ci (823) ildə Bağdadda doğulub. Onun hansı səbəbdən "İbn Əbid-Dünya" adlanması haqqında mənbələrdə məlumat yoxdur. Kiçik yaşlarından Quran öyrənib. Mühəddis olan atasından, Əli ibn Caddan, İbn Saddan, Əbu Xətim ər-Razidən, Əhməd ibn İbrahim əd-Dəvrakidən, Əhməd ibn Mənidən, İbrahim ibn Səid əl-Cövhəridən, Bişr ibn Vəlid əl-Kindi, Əbu Heysəmə Züheyr ibn Hərbdən, İbn Səllam əl-Cumahidən, Əbu Qilabə ər-Rəkaşidən hədis dinləyib. Kütübi-sittə müəlliflərinin faydalandığı üstadların bir çoxundan hədis rəvayət edib. Əhməd ibn Hənbələ tələbəlik edib. Zöhdlə bağlı əsərlər qələmə almış Məhəmməd ibn Hüseyn əl-Bərcülaninin (və ya Bürcülani) on ildən artıq tələbəsi olub. Xələf ibn Hişamdan qiraət, Əbu Ubeyd Qasım ibn Səllamdan ədəbiyyat, Mahmud ibn Həsən əl-Vərraqdan şeir, İbn Səddən tarix və siyər öyrənib. Yusif ibn Əbdürrəhman əl-Mizzi onun müəllimlərinin adlarını ehtiva edən bir əsər qələmə almışdır. Ondan da müəllimi Haris ibn Əbu Usamə ilə İbn Əbu Xətim, Hüseyn ibn Səfvan əl-Bərzai, Qasım ibn Əsbağ, Əbu Bişr əd-Dulabi, İbn Macə və İbn Xuzeymə və başqa görkəmli şəxslər hədis rəvayət ediblər. Ali isnadla hədislərini rəvayət edən ən son tələbəsinin Fəxrəddin ibn əl-Buxari olduğu söylənmişdir. Həcc ziyarəti istina olmaqla elmi səfərləri olduqca azdır. O, 14 Cəmaziyəl-əvvəl 281-ci (22 iyul 894) ildə vəfat etmiş və Bağdadın cənubundakı Şuniziyyə qəbirsanlığında dəfn edilmişdir. Kütübi onun vəfat tarixinin 282-ci (895) il olduğu demişdir.
Hədis elmindəki yeri
Onu Saleh Cəzərə, Əbu Xətim ər-Razi "saduq", İbn əl-Cəvzi "siqa saduq", Yusif ibn Əbdürrəhman əl-Mizzi, İbn Həcər əl-Əsqalani, Səxavi və Zəbidi "hədis hafizi" olaraq adlandırmışlar.
Əsərləri
O, hədis, zöhd, təsəvvüf, əxlaq, ədəb, tarix, təbəqat, əqidə, fiqh, qiraət, ədəbiyyat və başqa sahələrdə çox saylı əsərlər qələmə almışdır. Qələmə aldığı əsərlərdən bəziləri bunlardır: "Qamul-əşrar ən cərimətil-intihar", "əl-Əzamə", "əl-Ciran", "əl-İşraf fi mənazilil-əşraf", "əl-Həvatif", "Zəmmül-müskir", "Hurufu Xələf", "Kəlamül-leyali vəl-əyyam" və s.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Əbid-Dünya haqqında məlumat. İbn Əbid-Dünya nədir? İbn Əbid-Dünya nə deməkdir?
