Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Üzümdil mahalıdır. Mahalın inzibati mərkəzi Toxumdil kəndidir. 25 kəndi vardı. Üzümdil mahalının tarixi qədimd

Üzümdil nahiyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Üzümdil nahiyəsi

Üzümdil mahalı — Qaradağ xanlığının 18 mahalından biri.

Mündəricat

Tarixi

1593-cü ildə Osmanlı İmperiyasının işğal etdiyi Təbriz əyalətinin Dizmar sancağının nahiyəsi idi.

Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Üzümdil mahalıdır. Mahalın inzibati mərkəzi Toxumdil kəndidir. 25 kəndi vardı. Üzümdil mahalının tarixi qədimdir. Burdan, Vərziqan qəsəbəsinin 5 km şərqində, Səkindil kəndinin yaxınlığında, Zaği dağının yamacında tapılmış daş kitabə Urartu hökmdarı II Sardurinin (b.e.ə.780–730) Manna dövlətinə yürüşündən bəhs edir. Kitabə mixi xətti ilə yazılıb. Mətndə deyilir: "Xalidi Allah öz silahı ilə (?) yürüşə çıxdı6 , dağlıq Puluadi ölkəsinin1 hökmdarı Kadiauya (?) qalib gəldi…

Argiştinin oğlu Sarduri yürüşə çıxdı. Saduri deyir: Mən 21 qala fəth etdim. 45 və yaxud 44 şəhəri mən bir gün ərzində fəth etdim. Möhkəmləndirilmiş hökmdar şəhəri Libliu [ni] şəhərini döyüşlə aldım". Üzümdil mahalı Səfəvi-Osmanlı savaşları dövründə Təbriz əhalisinə ev sahibliyi etmiş, mehmannəvazlıq borcunu yerinə yetirmişdi. I Şah Təhmasib (1524–1576) ordugahını mahalın Eşkənbər dağı deyilən ərazisində qurmuşdu. Osmanlı sultanı II Süleyman (1520–1566) 1548-ci ildə Qızılbaş məmləkətinə üçüncü yürüş etmişdi. Qızılbaşlar osmanlıların üstün təzyiqi nəticəsində şahın qərargahına, Eşkənbərə çəkilmişdilər. I Şah Təhmasib öz ünlü təzkirəsində yazır ki, əmirlər, camaat və qoşun əhli qərarlaşıb Eşkənbərdən Əhərə getmək istədik. Mahalın böyük kəndlərindən olan Vərziqan əhalisi əsasən bağçılıqla, bostançılıqla məşğuldur. Kənd əhalisi bağ-bostandan yığdıqları meyvələri, qovun-qarpızları Əhərə, Təbrizə daşıyıb satır, güzəran keçirirdi. Ünlü Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyar sonralar yazırdı:

Vərziqandan armud satan gələndə,
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib, armudlardan alardıq…

Üzümdil mahalının əhalisi köçəri və oturaq əhalidən ibarət idi. Köçəri əhali yaylaq-qışlaq güzəranı keçirən Hacıəlili eli idi. Hacıəlili eli XVIII yüzilin önlərində oymaq kimi Şahsevən elinə bağlı idi. Qarabağın Arazbar qəzasında qışlayırdı. Arazbar qəzası Araz çayının hər iki yaxasında qərar tuturdu. Oymaq Amadili, Aslandüz, Aşağı Bala Nürkü, Əbülfətan, Məhəmmədcəlil adlı kəndlərdə məskunlaşmışdı. [Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. "Şuşa" nəşriyyatı. Bakı. 2000] 1722-ci ildə başlayan Osmanlı yürüşü nədəniylə oymaq əhalisi Arazbardan qaçıb, Qaradağda, Üzimdil mahalının ərazisində məskunlaşdı. Şahsevən elinin tərkibindən çıxıb müstəqil elə çevrildi. Köçərkən Arazbar qəzasındakı Qaraxanlı və Mədətli kəndinin camaatı da ona qoşuldu.

Hacəlili oymağını Qaradağa hakim Əbdürrəzzaq xan dəvət etmişdi.

Hacıəlili eli Qaraxanlı, Yağbəstili, Mədətli, İnallı, Müqəddəm-Qara, Çaxırlı, Kəngərli, Qarabağlı, Gəncəli, Qacarlı, Zeynallı, Təmirli, Pirəlili oymaqlarından ibarət idi.

Hacıəlili elinin başçılarından Alı bəy, oğlanları Balı bəy və Zalı bəy xanlığın ictimai-siyasi həyatında mühüm rol oynamışdılar. Mirzə bəy Qurban bəy oğlu əvvəlcə Əbdürrəzzaq xana, onun ölümündən sonra Məhəmmədkazım xana xidmət etmişdi. Hacıəlili elinin başçılarından Əsədulla sultan Qaradağ xanlığının adlı-sanlı sərkərdələrindən idi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, üzümdil nahiyəsi sözünün mənası, üzümdil nahiyəsi haqqında məlumat. üzümdil nahiyəsi nədir? üzümdil nahiyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Abbasmirzə Şərifzadə

  • Mart 06, 2026

    Kandzi

  • Mart 01, 2026

    Meqreliya

  • Fevral 27, 2026

    I Ptolemey

  • Mart 01, 2026

    Sabrina Salerno

Trend Mahnılar
  • Mart 07, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 07, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 07, 2026

    Məni Qurtar Bu Zülmdən / Tut Əlimdən Tu Elimden (Qorxuram Sənsiz Ölüm Mən) En Yeni Mahni TikTok 2026

  • Mart 07, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst