Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı v

Ürək transplantasiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Ürək transplantasiyası

Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürək transplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya).

Donor ürəyinin xəstənin döş qəfəsində yerləşdirilməsi (biatrial texnika)

Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir. Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir.

Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir.

Mündəricat

Tarixi

Transplantasiya gözləyən döyünən ürək

Amerikalı tibb tədqiqatçısı Saymon Fleksner ürək transplantasiyasının mümkünlüyünü ilk qeyd edənlərdən biridir. O, 1907-ci ildə “Patologiyanın tendensiyaları” adlı məqalədə, bir gün xəstə insan orqanlarını, o cümlədən damar, mədə, böyrək və ürəyi cərrahi yolla əvəz etmək mümkün olacağını bildirmişdi.

Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insan donor ürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşın sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.

Hardi bir il əvvəl dünyada ilk insandan insana ağciyər transplantasiyasını həyata keçirən cərrahdır.

İlk uğurlu insan ürəyi transplantasiyası 3 dekabr 1967-ci ildə Kristian Barnard (Cənubi Afrika) tərəfindən həyata keçirilmışdir. Əməliyyat Cənubi Afrikanın Keyptaun şəhərindəki Qrut Şur xəstəxanasında aparılıb. Avtomobil qəzasında dünyasını dəyişən 25 yaşlı Denis Darvalın ürəyi sağalmaz ürək xəstəliyindən əziyyət çəkən 55 yaşlı Lui Vaşkanskiyə köçürülmüşdür. Əməliyyatın qüsursuz aparılmasına baxmayaraq, Vaşkanski cəmi 18 gün yaşayıb və ikitərəfli pnevmoniyadan dünyasını dəyişib.

2022-ci il yanvarın 7-də 57 yaşlı Devid Bennetta Merilend Universiteti Tibb Mərkəzində geni redaktə edilmiş donuz ürəyi transplantasiyası edilən ilk insan oldu. Bennett iki ay sonra, 8 mart 2022-ci ildə Merilend Universiteti Tibb Mərkəzində vəfat etdi.

Transplantasiya edilmiş ürəklə yaşayan ömür rekordu Tony Huqhesmana məxsusdur - o, bu əməliyyatdan sonra 30 ildən çox yaşayıb və dəri xərçəngindən dünyasını dəyişib.

Cərrahi texnika

Xəstənin döş qəfəsində bikaval metodu ilə köçürülmüş ürək

Hal-hazırda ürək transplantasiyası üçün bir çox variantlar hazırlanmışdır, lakin onlardan yalnız ikisi geniş istifadə olunur: biatrial (iki atrial) və daha müasir bikaval texnikaları.

Güman edilir ki, bikaval texnikasından istifadə ürək transplantasiyasından sonra xəstədə ritm və keçiricilik pozutuları riskini azalda bilər.

Əks göstərişləri

Mütləq əks göstərişlər

  • Xroniki böyrək, ağciyər və ya qaraciyər xəstəlikləri.
  • Xəstənin sağ qalmasına təsir etmə ehtimalı varsa, aktiv xərçəng.
  • Ürək çatışmazlığının səbəbi ilə əlaqəli olmayan həyatı təhlükəli vəziyyətlər, o cümlədən kəskin infeksiyalar və ya qırmızı qurdeşənəyi, sarkoidoz və ya amiloidoz kimi sistem xəstəlikləri.
  • Boyun və ayaq arteriyalarının damar xəstəlikləri.
  • Yüksək ağciyər damar müqaviməti.

Nisbi əks göstərişlər

  • Şiddətli orqan disfunksiyası olan insulindən asılı şəkərli diabet
  • Son zamanlarda olan tromboembolizm, məsələn, insult
  • Şiddətli piylənmə
  • 65 yaşdan yuxarı xəstələr (fərdi qaydada)
  • Alkoqol, narkotiklər və ya tütün çəkmə kimi maddələrdən hədsiz istifadə (ağciyər xəstəliyi şansını artırır).

Ürək transplantasiyasına ehtiyacı olan, lakin uyğun olmayan xəstələr süni ürək və ya sol mədəciyin köməkçi cihazı (Left Ventricular Assist Device - LVAD) üçün namizəd ola bilərlər.

Fəsadları

Potensial ağırlaşmalara daxildir:

  • Əməliyyatdan sonrakı ağırlaşmalara infeksiya, sepsis daxildir. 2011-ci ildə cərrahi əməliyyatından sonra ölüm 5-10% təşkil etmişdir.
  • Kəskin və ya xroniki transplantın rəddi
  • Ürəyin alloqreft vaskulopatiyası
  • Atriyal aritmiya
  • Lenfoproliferativ bədxassəli şiş
  • İmmunosupressiv dərmanlar səbəbindən ikincil infeksiya riskinin artması
  • Antitimosit qlobulinin səbəb olduğu serum xəstəliyi
  • Tricuspid qapaq regurgitasiyası. Təkrarlanan endomiyokardial biopsiya səbəb ola bilər
  • Qanaxma və tromboz

Həmçinin bax

  • Süni ürək
  • Süni qan dövranı aparatı
  • Elektrokardiostimulyator

Ədəbiyyatı

  • Бураковский В. И., Фролова М. А., Фальковский Г. Э. Пересадка сердца: вопросы клиники и теории. Тбилиси: Сабчота Сакартвело, 1977, — 236 с.
  • В.И. Бураковский, М.А. Фролова, Г.Э. Фальковский. Пересадка сердца. Вопросы клиники и теории (отрывок из монографии) // Патология кровообращения и кардиохирургия . 21. № 3S. 2017. 110–117. 2018-10-12 tarixində .
  • Фальковский Г.Э. Письмо в редакцию. К 50-ЛЕТИЮ ТРАНСПЛАНТАЦИИ СЕРДЦА // Патология кровообращения и кардиохирургия . 21. № 3S. 2017. 107–109. 2018-10-12 tarixində .
  • Jungschleger JGM, Boldyrev SY, Kaleda VI, Dark JH. Standard orthotopic heart transplantation. (ingilis). № 7 (1). 2018. 169–171.
  • Готье С. В., Шевченко А. О., Кормер А. Я. и др. Три десятилетия трансплантации сердца в ФНЦТИО имени академика В.И. Шумакова: отдаленные результаты // Вестник трансплантологии и искусственных органов . XVII. № 2. 2015. 70–73.
  • Барбухатти К.О., Космачева Е.Д., Кижватова Н.В. и др. Первый опыт трансплантации сердца в Краснодарском крае // Вестник трансплантологии и искусственных органов . XIV. № 3. 2012. 42–47. 2013-01-26 tarixində .
  • Барбухатти К.О., Белаш С.А., Болдырев С.Ю., Якуба И.И., Скопец А.А., Порханов В.А. Трансплантация сердца на Кубани: Трёхлетний опыт одного центра // Кубанский научный медицинский вестник. № 7 (142). 2013. 11–18. 2013-12-17 tarixində .

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ürək transplantasiyası haqqında məlumat. Ürək transplantasiyası nədir? Ürək transplantasiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mina

  • Fevral 27, 2026

    Ksilofon

  • Fevral 27, 2026

    Şunqar

  • Fevral 27, 2026

    Dövlət Baxçalı

  • Fevral 27, 2026

    Əbdürrəzzaq əs-Sənani

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst