Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ülviyyə Vaqif qızı Hacıbəyova (9 iyun 1960, Bakı) — Azərbaycan pianoçusu və bəstəkarı, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq ar

Ülviyyə Hacıbəyova

  • Ana Səhifə
  • Vikipediya
  • Ülviyyə Hacıbəyova

Ülviyyə Vaqif qızı Hacıbəyova (9 iyun 1960, Bakı) — Azərbaycan pianoçusu və bəstəkarı, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2018).

Ülviyyə Hacıbəyova
Ülviyyə Vaqif qızı Hacıbəyova
Ümumi məlumatlar
Doğum tarixi 9 iyun 1960(1960-06-09) (65 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • İsmayıl Hacıbəyov (1990–2006)
Atası Vaqif Vəliyev
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, bəstəkar
Fəaliyyət illəri 1983–cü ildən
Musiqi aləti piano
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20182018 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20072007

Mündəricat

Həyatı

Ülviyyə Hacıbəyova 9 iyun 1960-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 3 yaşında pianoda ifa etməyə başlamışdır. Ülviyyə Hacıbəyova ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində almışdır. 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1986-cı ildə isə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirmiş, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs almış, təcrübə keçmişdir. Ülviyyə Hacıbəyova pedaqoji fəaliyyətinə 1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlamışdır. Hazırda Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının professorudur.

Yaradıcılığı

Ülviyyə Hacıbəyova 1985-ci ildən Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. O, həmçinin bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla çıxış edir.

Ülviyyə Hacıbəyova, ilk əsərini 6 yaşında yazmışdır. Bunun nəticəsində Azərbaycan Telefilm tərəfindən onun haqqında "Ülviyyənin mahnıları" adlı film çəkilmiş, bu film Bakı və Moskva televiziyasında nümayiş etdirilmişdir. Ülviyyə Hacıbəyova Cövdət Hacıyev, Soltan Hacıbəyov, Niyazi və b. bəstəkarların əsərlərini redaktə edərək ilk dəfə ifa etmişdir.

Ülviyyə Hacıbəyova alman musiqisindən ibarət "İthaf" disk yazısının, "Hacıbəyovların musiqi dünyası", "Azərbaycan bəstəkarlarının arxivdən tapılmış əsərləri", həmçinin 15 diskdən ibarət olan, 143 Azərbaycan bəstəkarının 1000-dən çox əsərini əhatə edən "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası"nın ifaçısıdır. Bu siyahıya "Hacıbəyovların musiqi dünyası", "Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyi arxivindən", "Azərbaycan bəstəkarlarının antologiyası" diskləri də daxildir. Bundan əlavə, o, bir sıra mahnılar və piano əsərlərinin, piano üçün işləmələrin, eyni zamanda 30-dan artıq elmi məqalələrin, "Sənət fədailəri. Hacıbəyovların musiqi dünyası", "Xalq dastanları Azərbaycan bəstəkarlarının opera yaradıcılığında", üç cildlik "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası layihəsi çərçivəsində piano üçün yazılmış əsərlərin ifaçılıq problemləri", "İsmayıl Hacıbəyov" adlı kitabların müəllifidir. Bununla yanaşı o, 3 cildlik "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası" not kitablarının tərtibçi redaktorudur.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 17 sentyabr 2007
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 may 2018

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ülviyyə Hacıbəyova haqqında məlumat. Ülviyyə Hacıbəyova nədir? Ülviyyə Hacıbəyova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Corc Şou

  • Fevral 27, 2026

    Məcmu təklif

  • Fevral 27, 2026

    Giləmeyvəli alma

  • Fevral 27, 2026

    Əli Quşçu

  • Fevral 27, 2026

    Doqmatizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst