Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sulduz qəbiləsindən olan Çobanilər Azərbaycana Hülakü xanın yürüşləri zamanı gəlmişdilər və Urmiya gölü hövzəsində məskunlaşmışdılar.

Çobanlılar sülaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Çobanlılar sülaləsi

Çobanilər — XIV əsrdə Azərbaycanda və İranda hakimiyyət uğrunda mübarizə aparmış monqol sülaləsi.

Tarixi dövlət
Çobanilər
Çobanilər, Cəlairilər və Müzəffərilər (1337–1432)
Çobanilər, Cəlairilər və Müzəffərilər (1337–1432)
1338 — 1357
Paytaxt Təbriz
Rəsmi dilləri -
Din İslam
İdarəetmə forması Monarxiya
Əmir
 • 1338 – 1343 Kiçik Həsən
 • 1343 – 1357 Məlik Əşrəf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Siyasi tarixi

Sulduz qəbiləsindən olan Çobanilər Azərbaycana Hülakü xanın yürüşləri zamanı gəlmişdilər və Urmiya gölü hövzəsində məskunlaşmışdılar.

Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobani (Kiçik Həsən) 1338-ci ildə Şeyx Həsən Cəlairiyə (Böyük Həsənə) qalib gələrək, Məhəmməd Olcaytu xanın qızı Satıbəy xatunu Elxani hökmdarı elan etdi və dövləti onun adından idarə etməyə başladı. Şeyx Həsən Çobani 1340-cı ildə Satıbəy xatunu taxtdan uzaqlaşdıraraq, Süleyman adlı başqa şəhzadəni hökmdar elan etdi.

Həsən Çobani 1344-cü ildə öldürüldükdən sonra hakimiyət, faktiki olaraq, onun qardaşı Məlik Əşrəfin əlinə keçdi. Məlik Əşrəf Ənuşirəvan adlı başqa bir şəxsi hökmdar elan edərək dövləti onun adından idarə etməyə başladı. Məlik Əşrəf Azərbaycana yürüş etmiş Qızıl Orda hökmdarı Canıbəyin əmri ilə 1357-ci ildə öldürüldü və bununla da Çobani hakimiyyəti süqut etdi.

Şəcərəsi

  • Surğan Şirə Sulduz
    • Cilavxan bahadur Sulduz, Surğan Şirənin oğlu
      • Seydun noyon Sulduz, Cilavxan bahadurun oğlu
        • Suncaq noyon Sulduz, Seydun noyonun oğlu, Abaqa xan tərəfindən Fars və Bağdadın hakimi
          • Baydu noyon Sulduz, Suncağın oğlu
          • Ərəb ağa Sulduz, Suncağın oğlu, Əhməd Təkudar xanın əmiri
            • Əmən ağa Sulduz, Ərəbin oğlu
            • Cuca ağa Sulduz, Ərəbin oğlu
          • Arqun ağa Sulduz, Suncağın oğlu
          • Həbəş ağa Sulduz, Suncağın oğlu
            • Fəxrəddin ağa Sulduz, Həbəşin oğlu, Əmir Çobanın əmiri
          • Şaday kürəkən Sulduz, Suncağın oğlu, arvadı Hülakü xanın nəvəsi idi
            • Ərəb kürəkən Sulduz, Şadayin oğlu,
        • Kextey noyon Sulduz, Seydun noyonun oğlu,
          • Xitay ağa Sulduz, Kexteyin oğlu,
            • Qazan ağa Sulduz, Xitayın oğlu,
            • Zəki ağa Sulduz, Xitayın oğlu,
        • Arateymur noyon Sulduz, Seydun noyonun oğlu,
        • Teymur Buğa noyon Sulduz, Seydun noyonun oğlu,
          • Bay Buğa ağa Sulduz, Teymur Buğanın oğlu,
          • Şiktur ağa Sulduz, Teymur Buğanın oğlu,
          • Mübarək ağa Sulduz, Teymur Buğanın oğlu,
            • Çoban Qutluq ağa Sulduz, Mübarəkin oğlu, Arpa Kavun xanın əmiri
        • Sartak noyon Sulduz, Seydun noyonun oğlu,
        • Tudavun noyon Sulduz, Seydun noyonun oğlu, Rumun hakimi (?-1277), Abaqa xanın əmiri
          • Məlik noyon Sulduz, Tudavunun oğlu
            • Əmir Çoban Sulduz, Məlik noyonun oğlu, Elxanlılar dövlətinin əmir əl-ümərası (1307–1327)
              • Əmir Həsən Sulduz, Əmir Çobanın oğlu, Xorasan və Mazandaranın naibi (?—1327)
                • Əmir Talış Sulduz, Əmir Həsənin oğlu, İsfahan, Fars və Kermanın naibi (1324–1329)
                • Qoç Hüseyn Sulduz, Əmir Həsənin oğlu,
                • Hacı bəy Sulduz, Əmir Həsənin oğlu,
              • Əmir Dəmirdaş Sulduz, Əmir Çobanın oğlu, Rumun naibi (1319–1327)
                • Şeyx Həsən (Kiçik) Sulduz,(1319-?) Əmir Dəmirdaşın oğlu, Elxanlılar dövlətiinin əmirəlümərası və Azərbaycanın naibi (1327–1343)
                • Məlik Əşrəf Sulduz, Əmir Dəmirdaşın oğlu, Elxanlılar dövlətiinin əmir əl-ümərası və Azərbaycanın naibi (1343–1353), Azərbaycanın sultanı (1353–1356)
                • Məlik Əştər Sulduz, Əmir Dəmirdaşın oğlu,
                • Məlik Misir Sulduz, Əmir Dəmirdaşın oğlu,
              • Əmir Surğan Sulduz, (?-1344), Əmir Çobanın oğlu, Qarabağın hakimi
              • Əmir Mahmud Sulduz, Əmir Çobanın oğlu, (?-1327)
                • Pir Hüseyn Sulduz, (?-1341) Əmir Mahmudun oğlu, Farsın hakimi
              • Dəməşq Xacə Sulduz, Əmir Çobanın oğlu, (?-1327)
                • Dilşad xatun, Dəməşq xacənin qızı, Sultan Əbu Səid Bahadurun, sonra Şeyx Həsən Cəlayırın həyat yoldaşı
                • Sultanbəxt xatun, Dəməşq xacənin qızı,
              • Əmir Yağıbasdı Sulduz,(?-1344) Əmir Çobanın oğlu,
              • Əmir Cilovxan Sulduz, Əmir Çobanın oğlu, (?-1327)

Həmçinin bax

  • Sulduz eli
  • Əmir Çoban Sulduz
  • Əmir Surğan Sulduz

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çobanlılar sülaləsi haqqında məlumat. Çobanlılar sülaləsi nədir? Çobanlılar sülaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ernst Abbe

  • Fevral 27, 2026

    Komediya filmi

  • Fevral 27, 2026

    Flare (astronomiya)

  • Fevral 27, 2026

    Lycium ferocissimum

  • Fevral 27, 2026

    Cozef Qoqen

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst