Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edil

Əmir əl-üməra

  • Ana Səhifə
  • Vikipediya
  • Əmir əl-üməra

Əmir əl-üməra — yəni, "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi.

İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əlüməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən aydın olur ki, hicri 937 (1532-1533)-ci ildə I Şah Təhmasib əmir əlüməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər. Onlar hər ikisi Şah İsmayılın bacısı oğlanları idilər. Həm də Abdulla xan Ustaclı sonralar Şirvan hakimi olmuşdu. Daha sonra, hicri 975 (1567-1568)-ci ildə əmir əl üməra və Azərbaycan sərhədlərinin hakimi kimi qeyd olunan Şahqulu sultan Ustaclı məsul elçi kimi türk sultanı II Səlimin yanına göndəriləndə bu vəzifənin adı çəkilir.

Həmçinin bax

  • Div sultan Rumlu
  • Çuxa sultan Təkəli
  • Hüseyn xan Şamlı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əmir əl-üməra haqqında məlumat. Əmir əl-üməra nədir? Əmir əl-üməra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şofar

  • Fevral 27, 2026

    İksion

  • Fevral 28, 2026

    Şəki hakimliyi

  • Fevral 27, 2026

    İmperator Murakami

  • Fevral 27, 2026

    Kapitulyasiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst