Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çimnaz Hadi qızı Mirzəzadə (24 aprel 1945, Bakı) — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru

Çimnaz Mirzəzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Çimnaz Mirzəzadə

Çimnaz Hadi qızı Mirzəzadə (24 aprel 1945, Bakı) — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru

Çimnaz Mirzəzadə
Çimnaz Hadi qızı Mirzəzadə
Doğum tarixi 24 aprel 1945(1945-04-24) (80 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Hadı Mirzəzadə
Elm sahəsi filologiya
Elmi adı
  • professor

Mündəricat

Həyatı

Çimnaz Mirzəzadə 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinə baş laborant vəzifəsinə işə götürülmüşdür. İnstitutda çalışdığı müddət ərzində Ç. H. Mirzəzadə baş laborant vəzifəsindən böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.

Ç. H. Mirzəzadə 1970-ci ildə həmin İnstitutun əyani aspiranturasına daxil olmuş, 1981-ci ildə "Azərbaycan toponimləri orta əsr ərəb coğrafi mənbələrində" adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Elmi və pedaqoji fəaliyyəti

Mirzəzadə Çimnaz Hadı qızı 1992-ci ildən 2007-ci ilə kimi BDU İlahiyyat fakültəsində müəllim, baş müəllim kimi ərəb dilindən dərs demişdir. 2007-ci ildə İlahiyyat fakültəsinin "Dillər" kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2009-2018-ci illərdə həmin kafedranın müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Çalışdığı müddətdə ərəb dilindən mühazirə və məşğələ dərslərini aparmış, kurs və buraxılış işlərinə rəhbərlik etmişdir. Eyni zamanda BDU-nun İlahiyyat fakültəsinin Elmi Şurasının katibi, Fakültə Tədris-Metodik Şurasının sədri, İlahiyyat fakültəsinin "Elmi Məcmuəsi"nin redaksiya heyətinin üzvü olmuşdur. Hal-hazırda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru və BDU-nun Böyük Elmi Şurasının üzvüdür. 2005-2018-ci illərdə AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu nəzdindəki Birdəfəlik Müdafiə Şurasının üzvü olmuşdur.

Ç. H. Mirzəzadənin 60-dan artıq məqalə və tezisi, 3 monoqrafiyası 4 kitabı, 6 dərs vəsaiti və proqramı çapdan çıxmışdır. O, Moskva, Sankt-Peterburq, Bişkek, Mahaçqala, Bakı və Şəki şəhərlərində keçirilən beynəlxalq və yerli seminar və konfranslarda elmi məruzələrlə çıxış etmiş, seksiyalara rəhbərlik etmişdir.

Kitabları

  1. Bakı, Nurlan”, İbn Firiştə və onun qafiyəli lüğəti. Bakı, “Elm”, 2000. (rus dilində)
  2. Ərəb dili fonetikasının tədrisinə dair. Metodik vəsait. Bakı, 2004
  3. Ərəbcə-türkcə qafiyəli anonim lüğət. Bakı, “Nurlan”, 2006
  4. Азербайджанский Ученый Енциклопедист  XII Века Абу-Л-Фазл Хубейш Тифлиси и его двуязычный (арабско-персидский) рифмованный словарь Ганун Аль- адаб. Баку, Елм и Тахсил,2009
  5. Ərəb dilində ismi cümlə və onun növlərinin tədrisi. Azərbaycan Respublikası Təhsil Nazirliyi. BDU. Bakı, “Bakı Universiteti”, 2012, 20 s.
  6. Anonim qafiyəli lüğət. Saarbryurken (Almaniya): LAP LAMBERT Academic Publishing, 2015 (rus dilində)
  7. Azərbaycan orta əsr ərəb mənbələrində. Saarbryurken (Almaniya): LAP LAMBERT Academic Publishing, 2016 (rus dilində)
  8. Mahmud Kaşğarinin "Divani-lüğətit-türk" əsərində paremiyalar və paremioloji vahidlər. Bakı: Elm və Təhsil, 2021. (rus dilində)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çimnaz Mirzəzadə haqqında məlumat. Çimnaz Mirzəzadə nədir? Çimnaz Mirzəzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Baykal

  • Fevral 27, 2026

    Layma

  • Fevral 27, 2026

    Elsax

  • Fevral 27, 2026

    Qunnar Myurdal

  • Fevral 27, 2026

    İmatra

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst