Çimnaz Aslanova (tam adı: Çimnaz Əbdüləli qızı Aslanova; 1904, Mərdəkan, Bakı qəzası – 10 mart 1970, Bakı) — Azərbaycan dövlət və ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin I–IV çağırış deputatı.
| Çimnaz Aslanova | |
|---|---|
| Çimnaz Əbdüləli qızı Aslanova | |
| |
| 1946 – 1958 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1904 |
| Doğum yeri | |
| Vəfat tarixi | 10 mart 1970 (65–66 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Milliyyəti | azərbaycanlı |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Təltifləri | |
Həyatı
Çimnaz Aslanova 1904-cü ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1948-ci ildə isə Moskvada Ali Partiya Məktəbini bitirmişdir. On altı yaşından Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizəyə qoşulmuşdur.
Fəaliyyəti
- 1938–39-cu illər — Bakı xalq maarifi şöbəsinin müdiri
- 1939–43-cü illər — Azərbaycan SSR İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri
- 1943–48-ci illər — AK(b)P MK-da məktəblər şöbəsinin müdiri
- 1951–52-ci illər — Azərbaycan SSR maarif nazirinin müavini
- 1952–56-cı illər — AK(b)P MK-da qadınlar arasında iş aparan şöbənin müdiri
- 1956–58-ci illər — Partiya orqanları şöbəsi müdirinin müavini
- 1958-ci ildə — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti mükafat şöbəsinin müdiri
- 1946–58-ci illər — SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini, SSRİ Ali Sovetinin (1–4-cü çağırış) deputatı olmuşdur.
Mükafatları
- "Lenin" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
Həmçinin bax
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatlarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çimnaz Aslanova haqqında məlumat. Çimnaz Aslanova nədir? Çimnaz Aslanova nə deməkdir?
