Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmbət Ütəmisov və ya Məhəmbət Ütəmisoğlu (qaz. Махамбет Өтемісұлы; 1803, Bukey ordası, Rusiya imperiyası — 20 oktyabr 1846, orda) — 1836—1837-ci illərdə rusl

Məhəmbət Ütəmisov

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmbət Ütəmisov

Məhəmbət Ütəmisov və ya Məhəmbət Ütəmisoğlu (qaz. Махамбет Өтемісұлы; 1803, Bukey ordası, Rusiya imperiyası — 20 oktyabr 1846, orda) — 1836—1837-ci illərdə ruslara qarşı qaldırılmış üsyanın başçılarından biri, şair.

Məhəmbət Ütəmisov
qaz. Махамбет Өтемісұлы
Doğum tarixi 1803
Doğum yeri Bukey ordası, Rusiya imperiyası
Vəfat tarixi 20 oktyabr 1846 (42–43 yaşında)
Vəfat yeri Bukey ordası, Rusiya imperiyası
Fəaliyyəti şair, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Məhəmbət Ütəmisov 1803-cü ildə Qərbi Qazaxstanda anadan olmuşdur. Hələ yeniyetmə yaşlarından poeziya və jırau yaradıcılığına böyük maraq göstərmişdir. Mədrəsə təhsili almışdı. Sonra təhsilini Orenburqda davam etdirmişdi.

Ağıl, kamal, istedadı və təfəkkürü ilə fərqlənən Məhəmbəti Bukey ordasının hakimi Cahangir xan onu oğlunun ustadı kimi sarayda saxlamaq qərarına gəldi. Daha doğrusu,onu saray şairi etmək istəyi Cahangirə nəsib olmur. Çünki o, Məhəmbət xana xidmətdən boyun qaçırdığından, Cahangirin xoşu gəlməmişdir. Şair satira, sarkazm dolu “Məhəmbət Cahangir xana dedi” adlı şeir ilə çıxış etdi və o, xalq arasında populyarlığa səbəb oldu. Məhəmbət sonralarda xanın iç üzünü açan , onun ədalətsiz hərəkətlərini təqdir edən sultanları, çar məmurlarını ifşa edən şeirlər yazır. Təsadüfi deyildir ki, 1836-cı ildə Qərbi Qazaxıstan ərazisində antifeodal və antimüstəmləkə üsyan qalxan zaman Məhəmbət İsa bəy Taymanov tərəfində vuruşaraq üsyançılara kömək edir. Məhəmbət Ütəməsov zorakılığa və özbaşınalığa qarşı mübarizə aparmış insanlardan olmuşdur. XIX əsr qazax ədəbiyyatında o, vətəndaş lirikası, yüksək vətənpərvərlik ruhu ilə seçilmiş sənətkarlardan idi.

Məhəmbət Ütəmisov 20 oktyabr 1846-cı ildə düşmənləri tərəfindən qətl edilib.

Yaradıcılığı

Məhəmbət Ütəmisovun yaradıcılığı dövrünün ictimai- sosial həyatı ilə sıx əlaqədə idi. Məhəmbət Ütəmisov yaradıcılığının başlıca mövzusu xan hakimiyyətinə qarşı mübarizədən ibarətdir. Məhəmbətin şeirlərində İsabəy Taymanovun başçılığı altında üsyanın əsas məqamları əks olunmuşdur. “Çapar, atını sakitləşdirməyincə,” “Mənim berkutum,” “İsabəyin döyüşü,” “Yürüşə çağırış,” “Bizim işimizə qara nər gərək” və s. şeirlərdə Məhəmbət düşmənlərə qarşı vuruşur, mübarizəni, onların qəhrəmanlığını vəsf edir.

Məhəmbət qazax ədəbiyyatı tarixində ilk dəfə olaraq müsbət mübariz- qəhrəman obrazının, İsabəy Taymanov üsyanının başçısının (şairin öz müasirinin) tarixi şəxsiyyət kimi portretini yaratmışdır. Əksər şeirlərində sənətkar bu xalq üsyanında İsatayın yerini və rolunu qeyd edir. Məhəmbət Ütəmisov şifahi xalq yaradıcılığı ənənələri üslubunda İsatayı epik batırları təsvir etmək üslubunda mühüm bədii vasitələrdən istifadə edir. Belə demək mümkünsə Məhəmbət folklorla yazılı ədəbiyyat arasında dayanmış şairlərdən olmaqla, bir tərəfdən, qəhrəmanı ənənəvi folklor vasitələri ilə, digər tərəfdən, onun portretinə çoxsaylı realist xüsusiyyət və cizgilər əlavə etməklə verir.

Məhəmbətin əsərlərində üsyançıların haqq işinə inam ifadə olunur. Əsərləri ilə o, qazax ədəbiyyatında vətəndaş, siyasi lirikanın əsasını qoymuşdur. Sənətkarın sosial-siyasi motivli şeirləri mövzu və ideya, bədii ifadə imkanlarına görə olduqca gözəldir. Nikbinlik, vətənpərvərlik despotizmə nifrət hissini ifadə etmək bacarığa görə vətəndaş-qəhrəmanlıq romantizmi üslubunda yazılmışdır. Məhəmbət Ütəmisovun şeirlərində çoxsaylı sosial-siyasi rəngli söz və ifadələrlə rastlaşırıq- “qəhrəman”, “batır”,”bayraq”, “döyüşə Çağırış”, “yürüş”, “müharibə günlərində”, “döyüş”, “iradə”, “azadlıq”, “quldarlıqla döyüş”, “əsir”, “xalq”, “xalq yaddan çıxıbsa, nə deyən”, və s.

Məhəmmbət Ütəmisovun xeyli sayda şeirləri də vardır ki, onlar məzmunca ifadəli, formaca isə gözəldir. Bunlar əsasən fəlsəfi xarakrerli şeir-düşüncələrdir. Məhəmbət yaradıcılığı ilə qazax ədəbiyyatında realizm astanasında dayanmışdır. XIX əsrin ikinci yarısı qazax ədəbiyyatının inkişafına Məhəmbət Ütəmisov yaradıcılığı kifayət qədər təsir göstərmişdir.

Ədəbiyyat

  • История Букеевского ханства. 1801—1852 гг.: сборник документов и материалов. / Сост. Б. Т. Жанаев, В. И. Иночкин, С. Х. Сагнаева — Алматы: Дайк-пресс, 2002—1120 с.
  • Аспандияров Б. Образование Букеевской Орды и ее ликвидация. Алматы, 2007
  • Бекмаханов Е.Б, Очерки истории Казахстана XIX в. Алма-Ата, 1966
  • Зиманов С.З. Россия и Букеевское ханство. Алма-Ата, 1982

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmbət Ütəmisov haqqında məlumat. Məhəmbət Ütəmisov nədir? Məhəmbət Ütəmisov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mexiko

  • Fevral 23, 2026

    Təbiət elmləri

  • Fevral 25, 2026

    Alexa Internet

  • Fevral 25, 2026

    Ararat qəbiristanlığı

  • Fevral 24, 2026

    Maşınqayırma

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst