Əyrik — Azərbaycan Respublikasının Laçın rayonunun Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd.
| Əyrik | |
|---|---|
| 39°37′11″ şm. e. 46°43′14″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Laçın rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Əyrik | |
Tarixi
Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır.
Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əyrik haqqında məlumat. Əyrik nədir? Əyrik nə deməkdir?
