Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ətayə Qulam qızı Əliyeva (2 may 1920, Poltoratsk, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 6 aprel 1995, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azər

Ətayə Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Ətayə Əliyeva

Ətayə Qulam qızı Əliyeva (2 may 1920, Poltoratsk, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 6 aprel 1995, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). Azərbaycanda çəkilmiş onlarla filmdə rol alıb.

Ətayə Əliyeva
Doğum tarixi 2 may 1920
Doğum yeri Poltoratsk, Zakaspiysk vilayəti, Türkistan MSSR
Vəfat tarixi 6 aprel 1995 (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Həsənağa Mirzəyev
Uşaqları Rauf Mirzəyev
Ramiz Mirzəyev
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1936–1995
Təhsili Bakı Teatr Texnikumu
İstiqamət kino, teatr
Teatr Azərbaycan Dövlət Akademik Dram Teatrı
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
Gəncə Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1964
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ətayə Əliyeva (orta cərgə sağdan 2-ci) C. Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyəti ilə, 1937-ci i
Ətayə Əliyeva (orta cərgə sağdan 2-ci) C. Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyəti ilə, 1937-ci il.

Ətayə Əliyeva 1920-ci il mayın 2-də Poltoratskda anadan olub. Səhnə fəaliyyətinə həvəskar kimi başlayıb. İlk dəfə 1933-cü ildə Rza Əfqanlının Aşqabad musiqili dram teatrında tamaşaya qoyduğu "Aşıq Qərib" tamaşasında Qəribin bacısı rolunu oynayıb. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. Burada Fatma Qədrinin təşəbbüsü ilə dram dərnəyində bir neçə rollarda çıxış edib. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvana gedir və burada İrəvan Dövlət Azərbaycan Dram Teatrı on il işləyir. O, İrəvan teatrında həm milli, həm də xarici əsərlərinin tamaşasında onlarla səhnə obrazları yaradır.

1948–1949-cu illərin teatr mövsümündə Gəncə Dram Teatrına dəvət edilib. Ətayə xanımın səhnə fəaliyyəti Cəfər Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır. Sevil və Dilbər, Yaqut və Tanya, Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olub.

1956-cı ildə Ətayə Əliyeva yenidən M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır. Burada klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında çıxış edir. Pəri (Pəri Cadu), Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdə oynadığı rollardır.

Ətayə Əliyeva radio və televiziya verilişlərində və kinodada bir çox rolları ifa edib. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bizim küçə" filmində "Bəyim xala", "Dağlarda döyüş" filmində "ana", "Telefonçu qız" filmində "Simuzər", "Uşaqlığın son gecəsi" filmində "Mənsurə" rollarında çıxış edib. Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığı "Onu bağışlamaq olarmı?" filmində aktrisa iki rolda "leytenant Qarayeva" və "Sara xala" rollarında çıxış edib.

1995-ci il aprelin 6-da Bakıda dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn edilib.

Ailəsi

Ətayə Əliyevanın atası Ağaqulam Marağa şəhərindən, anası Humay xanım isə Təbriz şəhərindən olub. Ailədə 6 uşaq olublar.

Aktyor Həsənağa Mirzəyevlə ailə qurub. Bu evlilikdən 3 uşaqları dünyaya gəlib. Rejissorlar Ramiz Həsənoğlunun və Rauf Süleymanın anasıdır.

Mükafatları

  • 1964-cü il iyunun 29-da "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb.

Filmoqrafiya

  • Alma almaya bənzər (film, 1975) — səsləndirən: Haşımın qayınanası (Süsən Məcidova)
  • Analar (film, 1988)
  • Arşın mal alan (film, 1965)
  • Bir cənub şəhərində (film, 1969)
  • Bizim küçə (film, 1961)
  • Dağlarda döyüş (film, 1967)
  • Əsl dost (film, 1959)
  • General (film, 1970)
  • Gün keçdi (film, 1971)
  • İnsan məskən salır (film, 1967)
  • Körpə (film, 1962)
  • Qanun naminə (film, 1968)
  • Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  • Mən ki gözəl deyildim (film, 1968)
  • Onu bağışlamaq olarmı? (film, 1959)
  • Romeo mənim qonşumdur (film, 1963)
  • Sizi, kiçik toy məclisinə dəvət edirik (film, 1979)
  • Sürpriz (film, 1977)
  • Telefonçu qız (film, 1962)
  • Topal Teymur (film, 1983)
  • Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  • Uşaqlığın son gecəsi (film, 1968)
  • Yun şal (film, 1965)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ətayə Əliyeva haqqında məlumat. Ətayə Əliyeva nədir? Ətayə Əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mənsur Həllac

  • Fevral 27, 2026

    Sayaçı sözlər

  • Fevral 27, 2026

    Həyat

  • Fevral 28, 2026

    2019-nCoV

  • Fevral 25, 2026

    Divanlı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst